İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqust ayının 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
ZÜMRÜD