Messi ŞOKDA - 11 milyonluq malikanəsini görün nə hala saldılar...
İspaniyanın “Futuro Vegetal” ekologiya təşkilatının fəalları argentinalı futbolçu Lionel Messinin İbitsa adasındakı 11 milyon avroluq malikanəsinin fasadına boya töküblər. Bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki məlumatında deyilir.
Onlar divarları qara və qırmızı boya ilə rəngləyib, bir neçə daxili əşyaları və pəncərələri sındıraraq “Planetə kömək edin, zənginləri yeyin, polisi ləğv edin” kimi şüarlar səsləndiriblər. Sonra isə məlum olub ki, onlar bu binanın qanunsuz olduğuna inandıqları üçün evə qəsdən ziyan vurublar.
Mətləb Salahov