ABŞ 46 yaşlı pakistanlını həbs etdi - İranla əməkdaşlığa görə
Pakistanın 46 yaşlı vətəndaşı ABŞ məmurlarını qətlə yetirmək məqsədi ilə İran hakimiyyəti ilə əməkdaşlıq etməkdə ittiham olunur. Artıq ABŞ Ədliyyə Nazirliyi bu barədə ittiham irəli sürüb. Nazirliyin məlumatında deyilir ki, Asif Merçant adlı Pakistan vətəndaşı ABŞ-nin dövlət məmurlarını qətlə yetirmək və başqa planlarda iştirak edib.
O, izahatında bildirib ki, Donald Trampın ABŞ-yə prezidentliyi dövründə İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qoşununun komandanı öldürülüb. Pakistanlı bildirib ki, onun qisasını almaq üçün Trampı öldürmək istəyib. ABŞ Prokurorluğunun məlumatına əsasən, Asif Merçant Pakistandan ABŞ-yə getməzdən qabaq bir müddət İranda yaşayıb.
Mətləb Salahov