Putindən İrana xəbərdarlıq - İsrailə cavab ölçülü olmalıdır...
İddialara görə, Rusiya prezidenti Vladimir Putin İranın dini lideri Ayətullah Əli Xamneyiyə xəbərdarlıq edib ki, İsrailə cavab “ölçülü” olmalı və mülki əhalinin tələfatının qarşısı alınmalıdır.
“Reuters” xəbər agentliyi adı açıqlanmayan iki yüksək vəzifəli İran rəsmisinə istinadən yazıb ki, Rusiya prezidenti Putinin Xamneyiyə mesajını, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda İran rəsmiləri ilə görüşü zamanı çatdırıb. İran mənbələrinin məlumatına görə, Putin Xamneyiyə xəbərdarlıq edib ki, İranın Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə qarşı İsrailə veriləcək cavab “ölçülü” və mülki əhali arasında itkilərdən qaçınmalıdır.
Adı açıqlanmayan iranlı mənbələr iddia edib ki, Şoyqunun səfəri Tehran administrasiyasını hücum cəhdindən çəkindirmək məqsədi daşıyıb.
TAHİR