KÖHNƏ VERSİYA            

Ezop dili- Yunus Oğuz yazır

Image

Yunus Oğuz

Ordan-burdan silsiləsindən

Felyeton

Ezop dili çox dərindir, altında qatlar, dərin mənalar var, ya da heyvanların, quşların dililə fikrini çatdırırsan, atmacalar da öz yerində. Belə baxanda bizim atalar sözləri Ezop dilindən çox qədimdir, amma yiyəmiz olmadığı üçün Ezop qabağa düşüb. Vallah, bizdə elə sözlər var ki, Ezopu arxada qoyub, ondan daha böyük mənalarla öndə gedər. Məsələn, biri o birinə deyir ki, eşşək boyunu yerə soxum. Lakonik, sərrast, həm də çox mənalı. Yəni qanmazsan, gönün qalındı, nə desəm də, heç nə başa düşməyəcəksən, öz bildiyini eləyəcəksən. Yaxud, biri o birinə deyir: "Ə, mən sənin tayınam? Get anqır, tayını tap." Hə, bax belə. Adam qarşısındakı insanı eşşək elədi, bir. İkincisi, cəmiyyəti böldü təbəqələrə, varlı və kasıblara. Üçüncüsü, cəmiyyət bölündü danışan heyvanlara və insanlara. Sən demə, pulun varsa, düz eşşəklikdən insanlığa qalxa bilərsən və cəmiyyət də bunu qəbul edəcək, hətta balta atsan belə. Balta da Ezop dilidir. Bə, nə bilmişdiniz?  Balta o adama atılmadı, cəmiyyətə atıldı. Cəmiyyət də baltanın sapını çıxardandan sonra, onu atan gördü ki, daha bu balta olmadı, qayıtdı əvvəlki yerinə. Yaxud, daha bir atalar sözü: "İki eşşəyin arpasını bölə bilmir". Görün nə qədər mənalı, dərin qatlı, hikmətli bir sözdür. Adam nə qədər savadsız ola ki, iki eşşəyin arpasını bölə bilməyə. Niyə? Deməli, təhsilimiz düz deyil, şagirdlərə vurmanı, bölməni, çıxmanı, üstəgəli öyrətmir. Bəs onda müəllimlər nəyi öyrədib maaş kağızına qol çəkirlər? İki eşşəyin arpası gəlib çıxdı cəmiyyətimizin problemlərinin üstünə. Burdan o yana məntiqi düzüb qoşmaq bir addımlıq işdir. Nə isə... Ezop dilli atalar sözlərimiz çoxdur, nə qədər istəsən, kitablar yazmaq olar. Birini də deyim keçək o biri məsələlərə. El arasında bir söz var, sözü yerində deməyəndə, peşimançılıq çəkəndə deyir: "Gətir  bağla dilimə". Bunun kökü Molla Nəsrəddindən gəlir. Bir gün Molla darvazasının qabağında durub, gəlib-gedənə salam verir. Görür ki, bir atlı keçir. Dərhal ona salam verir və deyir ki, gəl, qonağım ol. Atlı da etmə tənbəllik atdan düşür. Baxır ki, atın yüyənini bağlamağa yer yoxdur. Soruşur ki, ay qardaş, bəs atı hara bağlayım? Nəsrəddin baxır ki, atlı zarafat eləyənə oxşamır. Dediyinə peşiman olur, amma cavabını da verməlidir ki, çıxıb getsin. Deyir: "Gətir bağla dilimə". Ezop dili belə olar, e!..


Ezop dili dövrümüzdə çox sahələrə sirayət edib, məsələn, siyasi Ezop dili, iqtisadi, jurnalistika, ekologiya, sosial və sairə, və sairə, hətta təhdid Ezop dili var.

Bu TV-lərdə, radiolarda bir də eşidirsən ki, indi də "keçid alırıq" deyir. Bah, yox əşşi, metro alırıq. Ay kişi, sən keçid alansan, nə demək istəyirsən? Hayqırıb demək istəyirsən ki, mənə də bir obyektdən, zaddan verin, başımı girələyim. Yoxsa, keçid alırıq nədir? Keçi alırıq desəydin, ondan yaxşıdır. Demək olmaz ki, keçirik başqa bir mövzuya. Olmaz, çünki Ezop dililə ismarıcını göndərir. Hələ, o biri jurnalistə bax, deyir ki, "bu arada" bir kitab oxudum. Adam aranı düz yüz səksən gün uzadır. Belə ara olur? Özünün Ezop dilindən istifadə edib cəmiyyətə çatdırmaq istəyir ki, guya mütaliə etməyi sevirəm, ziyalıyam, mənimlə yaxşı rəftar edin. Zamanında deyir ki, kitabı nə vaxt oxuyub. Ay canım, gözüm, "bu arada" sözü paralel olaraq proses gedir. Sən isə bunu altı ay saqqız kimi uzadırsan. Di, keç.

Yadıma Parisdə güllə atan Yusif Dikeş düşdü. İsmarıcı belə verərlər, e.., hətta İlon Mask İstanbula gəlib onunla görüşmək istəyir.

Hələ sairlərimizə baxın.  Biri şeirin adını belə qoyub: "Gedirəm". Ə, hara gedirsən, niyə gedirsən? Ezop dilində kimə ismarıc göndərirsən, Allaha, yoxsa cəmiyyətə? Bu dildə danışan ən çox şairlərdir. O gün birisi, sosial şəbəkədə guya şeir deyir: "Sənə verərəm, sənə verərəm. Əcəb eyləyərəm". Di gəl baş çıxart, nə demək istəyir? Özün korlanmısan cəhənnəm, bəs bu cavanları niyə yoldan çıxardırsan? Sən bu yaşda verəndə, bəs bunlar niyə verməsin? Bir sözlə alt qatda belə məna formalaşır ki, hamı elə ondandır... Hələ bəzi müğənnilər elə geyinirlər ki, heç ora Ezopun dili gərək deyil. Adama uzaqdan deyir ki, gəl... gəl...

Həcidən-zaddan da olmadıq.

Başqa birisi də Anardan nəsə qopartmaq istəyirsə, əvvəl tənqid edir, sonra işi düzələrsə, tərifləyir.

Milli mətbuat  günü  münasibətilə redaksiyamıza bir nazirlik təbrik hədiyyəsi göndərib. İçində nə olsa yaxşıdır; açar breloku, qələm, bloknot, uşaq termosu. Nə demək istəyirdilər, sonra başa düşdüm. Heç "Bir qalanın sirri"ndəki Eldostu həkim belə qəliz danışmamışdı. Yadınızda olar, filmdə qutunun içində sim, nar və qanlı daş vardı. El ağsaqqalları belə nəticəyə gəldilər ki, bəs, Simnar xan onu Qanlı Qalaya aparıb. Mən də bu hədiyyənin sirrini açdım. Qələm-müxbir, bloknot-kağız, yəni get yazını yaz, sən hələ uşaqsan-uşaq termosu - arada da  qəhvəni, cayını iç. Qaldı breloka, hə, bu da o deməkdir ki, yazını yaz, amma, çaşma, açarları da itirmə.

Bu zibilliyin də Ezop dili var. Şəhəri vaxtlı-vaxtında zibilyığanlar   təmizləyirlər. Təkcə gözəgörünən zibili yığmırlar. Şəhərdə xüsusi adamlar var ki, gözəgörünməz zibildən təmizləyirlər. Biri vəzifəyə gəlir, o birinin zibilini örtür, bəs üstünü açma, üfunət aləmi basar. O de Mətbuat prospektində zibilin üstü  açılııb. Sən demə bu prospektdə kanalizasiya lyuku varmış. Hacıbala müəllimin vaxtında bu lyukların üstünü örtüblər. Yağış da yağanda prospekt gölə çevrilirdi. İndi COP-29-la bağlı gedən təmirdə asfaltın üst təbəqəsini götürəndə, bu lyuklar göbələk kimi üzə çıxıblar. Adamdan soruşarlar ki, bu lyukların üstünü niyə bağlamışdınız? O qədər alt qatlı mənalar var ki, fikirləşəndə adamın əti ürpəşir.

Qəzet almağa gedəndə görürəm ki, "Ləziz"in qarşısını hər gün 300-400 litr su işlətməklə meydançanı yuyurlar. Elə fikirləşməyin ki, bunu texniki su ilə edirlər. Ay, hay... Bizdə texniki suyun borularını kəsib armatura çeviriblər. Çəmənliyi də, ağacları da, maşınları da, meydançaları da  içməli su ilə yuyurlar. Özü də oralarda su fasiləsiz gəlir. Əhaliyə isə fasilə ilə su verirlər. Hələ bir gün şıdırğı yağış yağan vaxt  işçi çəmənliyə   su verirdi.

Qadından soruşuram ki, suyu niyə israf eləyirsən, indi su uğrunda müharibə gedir. Nə cavab versə yaxşıdır, özü də  Ezop dilində. Dənizin suyu azalıb, mən də dimdiyimdə suyun artmasına kömək edirəm. Di, gəl anla!

Ezop dilində danışan deputatxanaya verilən namizədlər məni daha çox güldürdü. Köhnə deputatların bəzilərindən soruşurlar ki, namizədliyini verirsən? O da müdrükcəsinə cavab verir ki, hələ fikirləşirəm. O birisi deyir ki, ailəm deputatlığımın əleyhinə çıxdı, nə bilim nə... O qədər bəhanə gətirdilər ki, adam istəyirdi ki, ayaq üstə durub onları alqışlasın. A kişilər, biri durub demədi ki, xeyir-duamı ala bilmədim. Kimdən? Yəqin xalqı nəzərdə tuturdular. Onlar onsuz da beş ildə Ezop dilində danışırdılar, elə bundan sonra da elə olacaqlar.

Hələ sən bax, İranın yeni prezidenti Pezişkianla necə Ezop dilində danışdılarsa, seçki ərəfəsi dediyi sözlərin, verdiyi vədlərin ətəyindən əl çəkib, haça-paça qaldı. Alt qat dilində İsmayılı öldürməklə başa saldılar ki, hətərən-pətərən danışma, yoxsa sən də Rəisinin gününə düşərsən. İndi, o bilmir neyləsin... Yanar ağzına əlini soxub, di gəl, əli də yanır. Di get, müharibəni elə. Elə bilirdin əsarətdən qurtulacaqsan.

Ümumiyyətlə, indi hamı Ezop dilində danışır. Mən də bu yazını Ezop dilində yazdım.

06.08.24








VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

06.09.2024 | 15:33
Rusiyalı iki oliqarx Britaniyanın ən böyük neft şirkətinin səhmlərinin 15 faizini aldı...

06.09.2024 | 15:10
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində Çernobbio forumunda iştirakla bağlı videoçarx paylaşılıb - VİDEO

06.09.2024 | 15:08
Bakıda satışa çıxarılan məşhur məktəbin binası 2.4 milyon manat ucuzlaşdı...

06.09.2024 | 15:05
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb - FOTO

06.09.2024 | 14:36
Naxçıvan Səfərbərlik ...Xidmətinin sabiq rəisinin həbs müddəti uzadıldı

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30