"Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir" -BMT
Dünya yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzədir. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın Xirosimaya atom bombası atmasının 79-cu ildönümü münasibətilə müraciətində qeyd edib.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, - deyən Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.
Mətləb