Rusiya Abxaziyada donanma üçün yeni daimi baza qurur...
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, Rusiya Abxaziyada donanma üçün yeni daimi baza qurmağa başlayıb.
Zurabişvili, Rusiyanın Gürcüstandan birtərəfli müstəqilliyini elan edən Abxaziyada Qara dəniz sahilində Rusiya donanması üçün yeni baza yaratmaq qərarını tənqid edib.
Rusların liman üçün ilkin işlərə başladığını bildirən Zurabişvili deyib ki, hazırda Oçamçire bazası üçün ilk işlər görülür: “Bu, ciddi problemdir, çünki bu, təkcə bizim deyil, bütün Qara dənizin təhlükəsizliyi üçün problemidir...".
Zurabişvili Gürcüstanın baş naziri İrakli Kobaxidzeni və bütün hökuməti Rusiyanın nəzarətində saxladığı Abxaziya və Cənubi Osetiya bölgələrilə bağlı effektli siyasət yürütməməkdə ittiham edib. Zurabişvili bildirib ki, bu iki bölgədəki insanlara Gürcüstan vətəndaşlığı verilməlidir. Onun sözlərinə görə, burada yaşayan insanların Gürcüstana və onun imkanlarına marağı artıb.
TAHİR