Tramp dünyaya elan etdi - İran bu gecə İsraili vuracaq...
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsrailə hücum edəcəyini bəyan edib. ABŞ mətbuatına dini lider Xamneyinin hücum əmri verdiyinin sızmasından sonra ABŞ prezidentliyinə namizəd Donald Tramp dünya gündəminə bomba kimi düşəcək açıqlama verib.
Tramp açıqlamasında, İsrailin bu gecə İranın hücumuna məruz qalacağına dair məlumatı olduğunu bildirib. “Mən prezident olsaydım, heç kim bu barədə danışmazdı, çünki bu, 100 faiz bu olmazdı” - deyə Tramp bildirib.
ABŞ Dövlət Departamenti isə, "hücum olacağı təqdirdə İsraili müdafiə edəcəyimizi İrana açıqladıq" deyə bildirib.
Bu arada, İranın hücumuna qarşı ordunu hazır vəziyyətə gətirən İsrail tərəfi "əks-hücum planının" da artıq hazır olduğunu bəyan edib.
“The Wall Street Journal” yazır ki, Tehrana gedən ərəb siyasətçiləri, İranın İsraili vurmaqda qərarlı olduğu və İsrailə verilən cavabın böyük müharibəyə çevrilə biləcəyindən çəkinmədikləri barədə xəbər gətiriblər. Qəzet bildiri ki, ABŞ Avropa ölkələrindən İranı gərginliyi azaltmaq üçün təzyiq etməyi tələb edib.
TAHİR