KÖHNƏ VERSİYA            

Parisdəki “Olimpiya Kəndi” sağ qalmaq uğrunda mücadilə meydanına döndü...

Image

Mübariz Göyüşlü: “Bu, bütövlükdə Makronun daxili və xarici siyasəti yartımaz olduğu kimi, idman, olimpiya siyasətinin də biabırçı, yarıtmaz olduğunun göstəricidir”

Rəsmi Parisin ev sahibliyi ilə keçirilən Yay Olimpiya Oyunlarının təşkilati məsələləri ilə əlaqədar kifayət qədər tənqidi mövqelər var. Olimpiya Oyunlarının açılış mərasimində Makron hökumətinin sərgilədiyi biabırçılıqların müzakirəsinin səngimədiyi bir vaxtda Parisdəki Olimpiya kəndində dözülməz vəziyyət mətbuatın gündəminə çıxıb. Bu barədə elə Fransa mətbautının özü tənqidi məqalə ilə çıxış edib.

Fransanın mostraak.com saytında təqdim edilən “Parisdəki Olimpiya Kəndi İdmançılar Üçün Bir Sağ Qalma Düşərgəsinə Çevrildi” başlıqlı məqalədə beynəlxalq yarışların iştirakçılarının Olimpiya həyatının “gözəllikləri” haqqında danışılır. Məqalənin dilimizə tərcüməsini trend.az təqdim edib. Özümüz də mostraak.com-a daxil olub mətnin rusca tərcüməsi ilə tanış olmuşuq.

Məqalədə qeyd olunur ki, idmançılar kondisonersiz qalıb. “Təxminən 40°C temperaturda idmançıların heç bir seçimi qalmır, birbaşa və məcazi mənada əriməkdən başqa. Və kondisionerin onları xilas edəcəyini gözləməyin! Təşkilat Komitəsi böyük ekologiya hikməti nümayiş etdirərək, bu vacib "aksessuara" əhəmiyyət verməməyi qərara alıb. Nəticədə, idmançılarının rifahını düşünən xarici nümayəndəliklər dərhal yüzlərlə portativ kondisioner gətirməyə qərar verdilər. Tamamilə əsl loqistika baleti yaranıb, ən böyük opera buffalarının belə imrənəcəyi”.

Burada kartondan istifadə edilən çarpayıların olduğu da diqqəti çəkir. Bildirilir ki, oyunlardan sonra geri dönüştürüləcək məşhur karton yataklar Olimpiya kəndində müzakirə mövzusudur. “Bəzi idmançılar narahatlıqdan şikayətlənir, məsələn, İspaniyanın handbolçusu Liza Chapchet yatağını "çox sərt" hesab edir, ya da Polşanın qılıncoynadanı Martyna Swatowska-Wenglarczyk. Hindistanın masa tennisçisi isə bu "karton" yataklardan dolayı ilk gecələrində "sakit yatmaqda çətinlik çəkdiyini" bildirir.

Lakin Danimarkanın üzgüçüsü Signe Bro kimi digərləri bu yataqların balıq torları kimi təkrar xammaldan hazırlandığını deyir və bunu ekoloji cəhətdən yüksək qiymətləndirir. O, zarafatla qeyd edir ki, “Oyunlardan sonra əlimizdə ‘10 min çarpayı’ olmayacaq.” Qısacası, bu məşhur yataqlar bölünür, amma bir şey dəqiqdir: heç kimi laqeyd qoymur...”

Məqalədə yeməkxana haqda da danışılıb: “Gündəlik 40,000 nəfərə yemək verən, “dünyanın ən böyük restoranı" kimi reklam edilən nəhəng kənd yeməkxanası 15,000 aclıq çəkən idmançının dad zövqünü təmin etməkdə çətinlik çəkir. Ulduz aşpazların olması ilə belə, çoxları yeməklərdə dad və ədviyyatın olmamasından şikayətlənir. "Bu, tam olaraq fransız mətbəxi deyil," - gimnastika ulduzu Simone Biles şikayət edir.

Daha da pisi, çatışmazlıq çox populyar məhsulları, məsələn, yumurta, qızardılmış ət və nişasta tərkibli məhsulları əhatə edir ki, bu da aşpazları onları normaya salmağa məcbur edir. Böyük Britaniya kimi komandalar hətta dərhal öz aşpazlarını gətirməyə məcbur oldular! Nəticədə, Almaniyanın üzgüçüsü Lukas Matzerat kimi idmançılar ilk bir neçə gün aclıq çəkdiklərini bildirirlər, çünki porsiyalar çox kiçik idi.

Təşkilat Komitəsi və xidmət təminatçısı Sodexo isə miqdarı artıraraq tələbi qarşılamaqla reaksiya verdiklərini iddia edir. Lakin zərər artıq vurulub. Çatışmazlıqlar, dad məyusluqları və sonsuz növbələr səbəbindən bir çox idmançı indi yeməkxanalardan qaçır, yemək çatdırılması və ya yerində yemək hazırlamağı üstün tuturlar. Bu, fransız qastronomiyasının nüfuzuna ağır zərbədir, hansı ki, bu Oyunların qürur mənbələrindən biri olmalıydı...”

Qeyd olunur ki, kondisionersiz otaqlardakı boğucu istilik, bir-birindən ayrılmayan karton yataqlar və məyusedici qida səbəbindən Paris Olimpiya kəndi idmançılar tərəfindən yekdil qiymətləndirilməyib. Bu "davamlı inkişaf" Olimpiya Oyunlarının qeyri-müəyyən başlanğıcıdır, burada yaxşı ekologiya niyyətləri bəzən yerindəki reallıqla ziddiyyət təşkil edir.

Göründüyü kimi, Parisin olimpiya kəndi barədə belə narazılıq doğuran fikirlər var. Fransa özgəsi vaxt özünü mədəniyyət beşiyi sayır, budur onların sərgilədiyi mədəniyyət? İdmançılar həm istidən, həm aclıqdan, həm də narahat çarpayılardan narazılıq edir, Fransa hökuməti isə özünü heç nə olmamış kimi aparır. 

“Görün vəziyyət hansı həddədir ki, idmançılar yaşamaq uğrunda mübarizə aparırlar”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açılamasında bildirdi ki, Paris Yay Olimpiyadası bütövlükdə fiaskodur.  M.Göyüşlü qeyd etdi ki, oyunların açılışında təqdim edilən biabırçı performans idman, dostluq, qarşılıqlı anlayış, hörmət məsələsinə zidd idi. Dünyada da bir sıra nüfuzlu ictimai-siyasi, dini liderlərin bu məsələ ilə bağlı narazılıqlarını bildirdiklərini deyən M.Göyüşlü vurğuladı ki, bütün bunlar Fransanın Olimpiya Oyunlarını çox aşağı səviyyədə təşkil etməsinin nəticəsdir: “İndi də Parisdəki Olimpiya Kəndində idmançıların şəraitsizlikdən əziyyət çəkdiyi barədə Fransa mətbuatı və başqa ölkələrin mediası məlumat yayıb. Olimpiya Kəndində baş verənlər, buradakı acınacaqlı mənzərə doğurdan da biabırçılıqdır. Burada idmançılar üçün heç bir normal şəraitin yaradılmadığı ifşa olunur. Bu, bütövlükdə Makronun daxili və xarici siyasəti yartımaz olduğu kimi, idman, olimpiya siyasətinin də biabırçı, yarıtmaz olduğunun göstəricidir.   Bu təkcə Makronun yox, həm də Fransanın əsl simasını ortaya qoyur. Fransa böyük ölkə, böyük mədəniyyət adına iddia edir, amma olimpiya oyunları kimi mühüm bir tədbiri layiqincə təşkil edə bilmirlər. Bu biabırçılıqdır. Görün vəziyyət hansı həddədir ki, idmançılar yaşamaq uğrunda mübarizə aparırlar”. 

M.Göyüşlü vurğuladı ki, gələcəkdə aidiyyəti təşkilatlar, Beynəlxalq Olimpiya Komitəsi və başqa qurumlar bu məsələləri nəzərə alıb Fransaya, rəsmi Parisə bir daha belə şans verməməlidirlər. 

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30