KÖHNƏ VERSİYA            

Ermənilərin alban xristian irsini mənimsəməsi dünya mediasında hədəfə gəldi...

Image

Qasım Hacıyev: “Vatikanın gerçəyi etiraf etməsi və Qarabağın alban irsinin əsl sahibinin kim olduğunu bəyan etməsi ermənilərə vurulan sərt bir şillədir” 

Dünyanın gözü deyəsən yavaş-yavaş açılmaqdadır, erməni yalanlarını azadan-çoxdan ifşa edən mətbuat orqanları tapılır. Bu günlərdə Vatikandan verilən mesaj erməniləri yaman narahat edib. Xüsusən də erməni diasporu özünə yer tapa bilmir. Bir sözlə, erməni diasporunun uzun illərdir Azərbaycan aid olan alban irsini erməniləşdirməklə bağlı apardıqları kampaniya iflasa uğrayıb.

Belə ki, Fransanın “La Gazette du Caucase” internet nəşri Vatikandan gələn həqiqətin, verilən mesajın erməni diasporunu necə sarsıtmasından bəhs edən məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, bir neçə gün əvvəl Müqəddəs Taxt-tacın yeganə rəsmi mətbu orqanı olan “L'Osservatore Romano” qəzetində “Azərbaycanda Alban Apostol Kilsəsinin izi ilə. Qədim Qafqaz Albaniyasına səyahət” adlı məqalə dərc olunub.

Məqalədə olduqca maraqlı məlumatlar, faktlar öz əksini tapıb. Burada açıq şəkildə Azərbaycan ərazisində - Qafqaz Albaniyası ərazisində yerləşən, qədim kilsələrin, monastırların, məbədlərin miras qaldığı qədim xristian dövlətindən bəhs edilir. Qeyd olunur ki, bu mədəbədlər albanlara aiddir, ermənilərə aid deyil. Açıq qeyd olunur ki, bunlar  Qarabağdakı qədim məbədlər və monastırlardır ki, onların da ermənilərlə heç bir əlaqəsi yoxdur. 

Məqalədə aydın göstərilir ki, Çar Rusiyası etnik erməniləri Osmanlı İmperiyasından və İrandan kütləvi şəkildə Qarabağa, eləcə də İrəvan xanlığının ərazisinə köçürdükdən sonra onlar burada yerləşdiriliblər. Aydın vurğulanır ki, XIX əsrin ikinci yarısında burada tikilmiş məbədlər istisna olmaqla qalanları alban məbədləridir.

“Elmi ictimaiyyət bu məqaləni başadüşülən diqqətlə qarşıladı. Mətbuatda Qafqaz Albaniyasının tarixinə dair materiallara istədiyimiz qədər rast gəlmirik. Üstəlik, heç kəs unutnasın, “L'Osservatore Romano” Vatikanın əsas nəşridir. Vatikan isə bizim eramızın əvvəllərində müasir Azərbaycan ərazisində hansı xristian dövlətinin yerləşdiyini çox gözəl bilir. Üstəlik, Vatikanın ən zəngin arxivlərində bu mövzuda çoxlu tarixi sənədlər var” - deyə müəllif yazır.

Məqalədə vurğulanır ki, bir çoxları bu barədə ucadan danışmağı sevmir, lakin Rusiya imperiyası Cənubi Qafqazı ilhaq edərək Alban kilsəsinin əmlakını erməni ruhanilərinə verib.

"Alban kilsəsinin qədim arxivləri sadəcə yandırılıb. Ancaq tarixçilərin yaxşı bildiyi kimi, hər şeyi məhv etmək mümkün deyil. Öz arxivinizi öyrənə bilərsiniz, lakin əlverişsiz sübutlar başqalarında qalacaq. Bu gün “L'Osservatore Romano” girişi bərpa edir. Öz izləyiciləri üçün tarixi həqiqətləri təqdim edir”.

“Ermənilər arasında isə reaksiya olduqca gözlənilməz oldu. Məsələn, “Ermənistanın Avropa Partiyası”nın rəhbəri Tiqran Xzmalyan “L'Osservatore Romano”nun Qarabağ ermənilərinin xristian irsi haqqında ciddi araşdırma yazmasını arzulamaqla yanaşı, həm də Qafqaz xalqları haqqında məqalə dərc etdiyini açıqlayıb”. Xzmalyan “Ermənistanın iki səfirliyinin - İtaliyada və Vatikanda fəaliyyətsizliyi nəticəsində” adlı məqalədə qəzəbini gizlətməyib. 

Müəllif qeyd edir ki, erməni icması Qafqaz Albaniyası ilə bağlı istənilən məlumata çox əsəbi reaksiya verir. Müəllif yazır ki, “qədim erməni kilsələri və monastırlarının” bəlkə də, Ermənistanın Azərbaycanın Qarabağ ərazisinə dair ərazi iddialarına haqq qazandırmaq üçün əsas arqument olduğunu başa düşmək olar. “İllər əvvəl bu bizə məxsus idi!" tərifi ilə işləyə bilməz. Belə bir likvid əsasda Almaniya Böyük Britaniyanın Elzas və Lotaringiyasına iddia edə bilər, İspaniyanın cənubundakı Britaniya keçmiş Kordova xilafətinə köçürülməlidir. Deyək ki, İtaliya keçmiş Roma İmperiyasının bütün ərazisinə iddia edə bilər...

Amma gəlin realist olaq ki, Azərbaycanın Qarabağ ərazisi ilə bağlı dünya ictimaiyyəti çox uzun müddətdir ki, tanınmış sərhədləri və hətta BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən 4 qətnaməsini nəzərə almamağa üstünlük verib. 

Əgər indi Qarabağın qədim xristian kilsələri və monastırlarının heç də ermənilərə aid olmadığı üzə çıxarsa, o zaman İrəvan “danışan təbəqəsi”nin əsəbiləşməsinə əsas var. Xüsusən də “L'Osservatore Romano” Qafqaz Albaniyasından yazırsa. Üstəlik, Ermənistanın Qarabağa iddiaları heç də gündəmdən düşməyib. Məsələn, Aram Qabrelyanovun sosial şəbəkələrdə yazdıqları ilə tanış olmaq kifayətdir:

“Mən həmişə deyirəm ki, Ermənistan və Artsaxın öz torpaqlarını geri almaq şansı hələ də olacaq. Paşinyan və onun kamarillasının başçılıq etdiyi vətənin heç bir şansı yoxdur, əvvəlcə Paşinyanı qovmaq, sonra Artsaxı qaytarmaq lazımdır!!!" Və bu personajın “qovmağa” çağırdığı Paşinyan hər cür konstitusiya islahatlarına mane olur və Azərbaycanın Qarabağı ilə bağlı iddiaları Ermənistan konstitusiyasından çıxarmır”, - materialda deyilir.

Müəllifin fikrincə, bütün bu təcavüzkar siyasətdə “Böyük Ermənistan” haqqında nəzəriyyələrlə alt-üst edilən tarixşünaslıq, qonşu dövlətlərin ərazilərini “doğma erməni” ərazisi elan edən və s. məsələlər var. 

“Təbii ki, revanşistlər Ermənistanın özünün informasiya və elmi məkanını heç bir çətinlik çəkmədən idarə edə bilirlər, lakin Vatikan mətbuatı ilə eyni şeyi etmək daha çətin işdir və nəticədə cənab Xzmalyan qəzəblənir: “Necə icazə verilirdi? Niyə bunun qarşısını almadılar?! Hara baxırdılar?!!". Maraqlıdır, amma əslində xzmalyanlılar əmindirlər ki, bütün dünya mətbuatında öz senzuralarını qura,  tarixi faktları diz üstə çökdürə bilərlər. Bağışlayın, Yer kürəsinə bir bayquş çək və sübut et ki, guya möhkəm torpaq parçaları Azərbaycan, Gürcüstan, Türkiyə, İran Ermənistana məxsus olmalıdır!

Yaxşı ki, bu cənabların qəzəbinə baxmayaraq, biz Fransa və digər ölkələrin ictimaiyyətinə arxiv sənədləri və elm tərəfindən tanınmış tarixi faktlar əsasında məlumat verməyə davam edəcəyik. Və hər kəs bununla barışmalı olacaq” deyə məqalədə deyilir.

“Ermənilərin alban irsinə haqsız iddiası tamamilə ifşa olundu”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, belə bir məqalənin Vatikanın rəsmi orqanında çap olunması, Fransa mediası tərəfindən də şərhlər əlavə edilməsi ilə yayılması xeyli maraqlıdır. “Biz uzun illər idi ki, Vatikanın erməni saxtakarlığına cavab verəcəyi günü gözləyirdik, artıq bu cavab gəldi və Vatikan ermənilərə yerini göstərdi, alban kilsəsinin onlara aid olmadığını bəyan etdi. Hesab edirəm ki, Vatikanın gerçəyi etiraf etməsi və Qarabağın alban irsinin əsl sahibinin kim olduğunu bəyan etməsi ermənilərə vurulan sərt bir şillədir. 

Biz uzun illər gösləyirdik ki, erməni saxtakarlığına qarşı heç olmasa bir neçə Avropa dövlətinin ədalət səsi çıxsın. Son dövrlərdə Fransanın, ABŞ-ın və digər ölkələrin laqeydliyindən, ermənipərəstliyindən istifadə edən ermənilər bizə qarşı əməlli-başlı informasiya hücumuna keçiblər. Həmin ölkələrin mətbuatı da, rəsmiləri də erməni yalanlarına, saxtakarlıqlarına dəstək verirlər. Təbii, heç biri haqq, ədalət, gerçəklik haqda düşünmədən bu addımı atıb. Ermənilərin Qarabağda törətdikləri vəhşiliklər bir yana qalsın, heç onu dilə gətirmirlər. Digər tərəfdən Qarabağdakı xristian abidələrinin müdafiəsindən danışırlar. Öz ərazilərində isə nə bir müsəlman abidəsi qoyublar, nə də düz-əməlli bir xrisitan abidəsi saxlayıblar. Bu qədər cinayətlər törətdiklərinə baxmayaraq, Cənubi Qafqazda ilk dəfə xristianlığı qəbul edən azərbaycanlıları ittiham etməyə çalışırlar, böhtanlar atırlar, gəlib abidələri ziyarət etmək adı ilə Avropa ölkələrində Azərbayana qarşı kampaniya təşkil edirlər. Bu xeyli müddətdir davam edir. Hətta UNESCO-nun özü onların bu mənfur hərəkətinə bir reaksiya vermədi. Amma indi Vatikanın rəsmi orqanının belə bir mövqedən çıxış etməsi çox təqdirəlayiq haldır. Bu əsl ədalət prinsipinə uyğun məsələdir. Fikir verin, bu abidələrin azərbaycanlılara, azərbaycanlıların babaları olan Qafqaz albanlarına məxsus olduğunu Vatikan qeyd edirsə, bununla da ermənipərəstlərin iddiaları suya düşdü, ifşa oldu. Ermənilərin alban irsinə haqsız iddiası tamamilə ifşa olundu. Düzdür, tarixi baxımdan ermənilər çoxdan ifşa olunublar, amma onların dini baxımdan da ifşa olunması yerinə düşdü. Bir çox dövlətlərin uzun müddətdir ki, xristian həmrəyliyi adı altında ermənilərə “ilham” verməsi, onların iddialarına tərəfdar çıxmaları erməniləri hədlərini aşmağa gətirib çıxardı”-deyə bildirən Q.Hacıyev qeyd etdi ki, bundan sonra ermənilər Azərbaycandan “xristian abidələri qorumağı tələb etməyə” başladılar. Q.Hacıyev bildirdi ki, hətta keçən dövrlərdə guya abidələri ziyarət etmək adı ilə Qarabağ gedib siyasi oyunlar oynadılar. “Amma Vatikanın, xristian dininin rəhbərliyinin bu mövqeyi, deyərdim ki, çox dəyərli və çox ədalətlidir. Bu da təsadüfi deyil. Həm ədalət naminə bu addımı atıblar, eyni zamanda dövlətlərarası münasibətlər də var. Dövlətlərarası münasibətlərdə belə məsələlər də böyük rol oynayır. Yaxşı xatırlayıram, bir neçə il əvvəl Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda xristian dini məbədlərinin, abidələrinin bərpası, təmiri istiqamətində işlər görülüdü. Bizim dövlət bu məsələyə çox böyük rəğbət göstərdi, bu abidələrin bərpasında ölkəmiz yaxından iştirak etdi. Beləliklə də, Azərbaycan tərəfindən dövlətlər, dinlərarası münasibətlər düzgün qurulduğuna görə onlar da məqam düşəndə düzgün və ədalətli mövqedən çıxış edib Azərbaycanın haqq işini işıqlandırıblar, ermənilərin fırıldaqçı olduğunu qeyd ediblər. Bu da çox vacibdir. Ermənilərin boş, mənasız iddialar qaldırmasına son qoymaq üçün mühüm addımlardan biridir.

Erməni diasporuna gəlincə, bundən sonra nə edirlər-etsinlər, faydası olmayacaq, çünki Vatikan bu məsələdə artıq mövqeyini açıqlayıb” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA 







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031