950 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında deyib.
MSK) sədrinin sözlərinə görə, deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
ZÜMRÜD