Zelenski NATO ölkələrinin Rusiya raketlərini vurmaqdan qorxduğunu deyir...
Ukraynanın qonşu ölkələri Moskvanın mümkün reaksiyasına görə Rusiya raketlərini vurmaqdan qorxurlar. Bunu Ukrayna Prezidenti Zelenski deyib.
Onun sözlərinə görə, tərəfdaşlar eskalasiyadan çəkinsələr də, Kiyev bu mövzunu gündəmə gətirmək niyyətindədir.
Zelenski bildirib ki, qonşu dövlətlərlə gələcəkdə də onların Ukrayna ərazisində rus raketlərini vurmaq imkanlarını müzakirə edəcək.
Zelenski hesab edir ki, ölkələrin koalisiyasına ehtiyac var, çünki bir ölkə üçün “bu, çox böyük məsuliyyətdir”.
Qeyd edək ki, Polşa ilə müdafiə müqaviləsində Varşava tərəfindən rus raketlərinin Ukrayna səmasında vurulması ehtimalını müzakirə edən bənd var.
Eyni zamanda, NATO-nun aparıcı ölkələrinin (ABŞ, Almaniya və Böyük Britaniya) liderləri, eləcə də Alyansın baş katibi bəyan edib ki, NATO ölkələri müharibənin iştirakçısı olmamaq üçün Rusiya raketlərini vurmayacaqlar.
Qeyd edək ki, rəsmi Kreml Ukraynaya silah tədarükünün nizamlanmaya mane olduğunu və NATO ölkələrini birbaşa münaqişəyə cəlb etdiyini düşünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində hesab edir ki, Ukrayna üçün silah olan istənilən yük Moskva üçün qanuni hədəfdir.
TAHİR