Rusiya politoloq Fyodor Kraşeninnikovu axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi politoloq Fyodor Kraşeninnikovu axtarışa verib. Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, politoloqun hansı cinayət maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.
Kraşeninnikov özü isə bildirib ki, ona qarşı "xarici agentlər" haqqında qanuna əməl etməməklə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi 2022-ci ilin sentyabrında Fyodor Kraşeninnikovu "xarici agentlər" reyestrinə salıb.