Bu gün güləşçilərimiz Paris Olimpiadasında mübarizəyə başlayır
"Paris-2024" Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Belə ki, güləş yarışlarının ilk günündə Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq.
Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriati (130 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, ekvadorlu Rayber Joze Rodriges Orosko və estoniyalı Heyki Nabi ilə qarşılaşacaqlar. Azərbaycan təmsilçilərinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mətləb