Ukraynalı kriminal avtoritetin Bakıda həbs olunmasının səbəbi məlum oldu...
Tanınmış ukraynalı kriminal avtoritet, milyonçu Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.
Trend-in məlumatına görə, Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.
Belə ki, onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda iş üzrə istintaq aparılır, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Oleq Krapivin bir neçə gün öncə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı məlumatı DİN-in mətbuat xidməti təsdiq edib.