KÖHNƏ VERSİYA            

Gənc istedadın möcüzəli dünyası....

Image

İlk öncə onun uşaq diqqət və marağını metro çəkdi – vaqonlar üzərindəki nömrələr və stansiyalararası səsləndirilən musiqi... Sonra yelləncəkdə “uşuşlar” zamanı asqı zəncirləri və küləyin harmonik pıçıltısı, evlərinin yanındakı neft vışkasında qazma qurğusunun nizamlı hərəkəti, hündürmərtəbəli binaların liftlərindəki düymələr panelində rəqəm dəyişikliyi, çiçəklər üzərinə qonan arıların əmək nəğmələri və sair. Bütün bunlar sehrli dünyanın ilham mənbələri idi. Beləcə, gördüklərini, dinlədiklərini, sevdiklərini əzbərlədi, yaddaşına yazdı. Möcüzəli rəqəmlərin cazibəsində süsləndi, bəyəndiyi mahnı parçalarını zümzümə etməyə başladı. Və tədricən ətraf aləm balaca Hüseyn üçün say-sıra toplusu və melodiya cələnginə, kaleydoskopa çevrildi. (Əslində yaşadığımız həyat da elə bunlardan – yolun başlanğıcında həzin laylalardan, daha sonra cəbr və hesablardan ibarətdir).

 


Oğlunda musiqiyə həvəsi görən İkram ata ad günündə ona sentizator hədiyyə aldı, bununla da Quliyevlər ailəsində bir istedadın aşkarlanması, gələcək arzuların reallaşması istiqamətində qəti və inamlı qədəmlər atılmağa başlandı.  

“Hüseynin bütün marağı rəqəmlər və musiqiyə, eləcə də bunlarla əlaqəli sahələrədir. Nə tez-tez apardığımız kukla teatrına, nə həmyaşıdları ilə oynamağa, nə də başqa əyləncələrə... Qələbəlikdən, sosiumdan qaçanda, bəzən təkliyə çəkiləndə səhhəti ilə bağlı qorxar, narahat olardıq, sonra gördük ki, bu, özünü daha rahat bildiyi, sərbəst ifadə bacarığı qazandığı, düşüncələrə və axtarışlara ayırdığı vaxt, şərait, zaman kəsiyidir. Uşaqlıqdan dəqiq riyazi hesablamalar bacarığı və dərin musiqi duyumu var. Kiçik yaşlarından çətin hesablamaları, mürəkkəb rəqəmlərin toplanıb-çıxılmasını, kökaltı əməliyyatları bacarır. Qərara gəldik ki, övladımızı əvvəl yaradıcılıq, incəsənət kurslarına yönəldək, bacarıqlarını yoxlayaq”, deyir anası Aygün xanım. 

Kurslarda təcrübəli fortepiano pedaqoqu İlahə Məmmədova onunla ciddi məşğul olub, musiqi vərdişlərinin təkmilləşməsinə kömək edib. Artıq 7-8 yaşlarından istedadlı azyaşlı “yutub” və digər sosial şəbəkələrdə dinlədiyi klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə maraq göstərir. İlahə müəllimənin tövsiyəsi ilə onun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Musiqi məktəb-studiyasına yönləndirilməsi isə peşəkar mühitlə ünsiyyət, qaynayıb-qarışmaq demək idi. Həmin təhsil ocağında Hüseyn təcrübəli pedaqoq, Əməkdar müəllim Nərgiz Mansurova və talantlı pianist Fəqan Həsənlinin qayğı və tədrisi ilə əhatələnir. 

Bizimlə həmsöhbət olan BMA məktəb-studiyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova istedadlı tələbələrinin yaradıcılıq imkanları, bilik və bacarığı, unukal xarakterik xüsusiyyətlərindən danışdı. Valideynlərinin və müəllimlərin onun bir pianoçu kimi formalaşmasında, kamilləşməsində xüsusi zəhmətlərini vurğuladı, fərdi hazırlıq zəminində öz üzərində ciddi işləyərsə, sabahın layiqli musiqiçi olacağını, vətənimizi nüfuzlu beynəlxalq festivallarda yüksək səviyyədə təmsil edəcəyini bildirdi: “Artıq indidən bir çox müsabiqələrin iştirakçısı və birinci mükafatçısı olan Hüseyn Quliyevin yaxşı gələcəyi var. Biz onu gələcəkdə möhtəşəm arenalarda, dünyamiqyaslı mükafatların laureatı məqamında görürük. Şübhəsiz ki, bütün nikbin proqnozlar, xoş gözləntilər də yorulmaq bilmədən çalışmalar, böyük zəhmətlər tələb edir. Tələbəmiz buna qadirdir və qarşıya çıxan çətinliklərin öhdəsindən gələcəyinə əminik”.           

Gənc vunderkinq indi yay tətilindədir, dincəlir, mütaliə edir, musiqi alətindən ayrılmır və növbəti dərs ili üçün gözəl planlar qurur. Hazırda nə ilə məşğul olduğunu soruşduqda, “Fikrət Əmirovun “miniatür” və “variasiya”ları, eləcə də İohan Baxın Do minor prelüd və fuqası, Bethovenin “5-ci Sonata”sınin ifası üzərində” – deyə cavab verdi: “Bilirsiniz, fuqaları çox sevirəm, doğrudur, əvvəl çox çətin idi, ancaq dərinliyinə vardıqca çox xoşuma gəldi. Piano ifaçılığı ilə yanaşı, arabir musiqi parçaları da yazıram. Amma hələ tam deyil, yarımçıqdır. Müəllimlərim baxıb, dəyərləndirib və məsləhətlərini veriblər. Görək, nə çıxacaq...” Ən çox sevdiyi bəstəkarlar da elə Fikrət Əmirov, İ.S.Bax, F.Şopen, L.Bethoven, F.Listdir. 

Quliyev Hüseyn İkram oğlu 2011-ci ildə sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. Binəqədi rayonu 179 saylı tam orta məktəbin VII sinif şagirdidir. Bacısı Şəms isə XI sinidə təhsil alır, dərs əlaçısıdır. Məktəb rəhbərliyi də istedadlı uşaqlara həmişə diqqət və qayğı ilə yanaşıb. Qayğıkeş valideynlər yuxarıd adları sadalanan musiqi ustadları ilə yanaşı, ümumtəhsil məktəbinin direktoru Həqiqət Bayramovaya, Hüseynin ibtidai sinif müəllimi Gülmira Seyidovaya, sinif rəhbəri Ruhiyyə İbrahimovaya və təcrübəli pedaqoq İlnaz Kərimovaya, ümumiyyətlə bütün pedaqoji kollektivə dərin minnətdarlıqlarını bildirdilər.

Hüseynin uşaqlıq hobbisi həm də bayraq toplamaq olub. Yaşadığı evdə 70-dən çox müxtəlif ölkənin bayraqlarını saxlayır. Fenomenal yaddaşı hesabına hansının kimə məxsus olmasını da əzbərdən bilir. Həmin kolleksiyada ilk və ən uca yerdə isə çox sevdiyi Vətənin - Azərbaycanın Bayrağı asılıb. Gənc istedada gələcəyin mötəbər musiqi yarışmalarında üçrəngli bayrağımızı dalğalandırmağı arzulayırıq!


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü









VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30