KÖHNƏ VERSİYA            

Gürcüstanın xarici siyasətinə yön verə bilmədilər - aləm qarışdı...

Image

Gürcüstanda minlərlə media qurumuna və vətəndaş cəmiyyətinə təhlükə yaradacağı iddia olunan, ölkənin özündə müxalifət, xaricdə isə ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən tənqid olunan ziddiyyətli “xarici təsirin şəffaflığı” qanunu avqustun 1-dən qüvvəyə minib. Buna baxmayaraq, prezident Salome Zurabışvili də daxil, çoxsaylı deputat və ictimai xadim qanundan Konstitusiya Məhkəməsinə şikayət edib.

Ədliyyə naziri Rati Breqadze deyib ki, nazirlik maliyyəsinin 20 faizi xaricdən gələn təşkilatların qeydiyyatına hazırdır. Onun sözlərinə görə, bu qanunu pozanlar cərimə olunacaqlar. Gürcüstanda 10 mindən artıq QHT-nin əksəriyyəti xaricdən maliyyələşir. Onlardan bəziləri artıq indidən qeydiyyatdan keçməyəcəklərini bəyan edib. Hazırda Konstitusiya Məhkəməsinə üç rəsmi şikayət daxil olub. Şikayətlərdə məhkəmənin qanunvericilik aktını nəzərdən keçirdiyi müddətdə onun qüvvəsinin dayandırılması rica edilir. Birinci şikayəti ölkə prezidenti Salome Zurabişvili təqdim edib. Onun bu qanuna qoyduğu veto 150 yerlik parlamentdə 84-4 çoxluğu ilə ləğv edilib. İkinci şikayəti onlarca deputat verib. Hər iki şikayətdə Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin pozulduğu göstərilir. Bu maddədə Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası üçün bütün mümkün addımların atılması tələb olunur. Üçüncü şikayət 122 media və vətəndaş cəmiyyəti qurumu tərəfindən verilib. Qanun Ədliyyə Nazirliyinə hədəflənən təşkilatlarla bağlı şəxslərdən siyasi baxışları, etnik mənsubiyyətləri, dinləri və cinsi həyatları ilə bağlı informasiyaları tələb etmək hüququ verir. Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib ki, üç şikayət bir vəsatətdə birləşdiriləcək. 9 hakimlik Konstitusiya Məhkəməsinin şikayətə baxması üçün ən azı bir ay vaxt lazım gələcək. Bundan əvvəl ABŞ hökuməti Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollarlıq yardımın çatdırılmasına fasilə verdiyini bəyan edib. Dövlət katibi Entoni Blinken demişdi ki, bu, Gürcüstanda hakim partiyanın təşəbbüsü ilə “xarici təsirin şəffaflığı” adlı qanunun qəbul edilməsi ilə bağlıdır. ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinin hərəkətini “antidemokratik” adlandırıb. Blinken bəyan edib ki, Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO üzvlüyü ilə bir araya sığmır. Sözügedən qanunun imzalanmasından bir neçə gün sonra ABŞ bildirmişdi ki, Gürcüstanın onlarca vətəndaşına qarşı viza qadağaları tətbiq ediləcək. Bunların əksəriyyəti hakim partiyadan olan deputatlar və hökumət nümayəndələridir. Bundan əvvəl Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib ki, Aİ Gürcüstanın bloka inteqrasiyası prosesini dayandırıb və Gürcüstana ayrılmış 30 milyon avroluq yardımı dondurub. Bütün bu qalmaqallar fonunda daha bir məsələ meydana çıxıb. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə getməsi də qalmaqala çevrilib. Müxalifət onun Tehranda görünməsini ABŞ və Avropa İttifaqına qarşı növbəti düşmən jesti kimi qiymətləndirib. Gürcüstan lideri cavabında bildirib ki, Tiflis Vaşinqtonun şantaj siyasətindən əl çəkməsini gözləyir. Gürcüstanın baş nazirinin HƏMAS liderlərindən biri İsmayıl Haniyənin yanında çəkildiyi mərasimdən video internetdə yerləşdirilib. Eyni zamanda izdiham “İsrailə ölüm” və “Amerikaya ölüm” şüarları səsləndirib. Jurnalistlər baş nazirin niyə belə bir olaydan xəcalət çəkmədiyini soruşduqda, o cavab verib ki, İran mühüm dövlətdir, ona görə də Ermənistan və Azərbaycanın baş nazirləri, Avropa İttifaqı və BMT nümayəndələri onun yanında olublar. 

Kobaxidze əmindir ki, müxalifət öz ağalarının tələbi ilə qalmaqal yaradır. Eyni zamanda o, Gürcüstanın ABŞ-la münasibətləri bərpa etməyə tam hazır olduğunu vurğulayıb: “Qarşılıqlı addımlar atılan kimi Gürcüstan-Amerika münasibətlərinə yenidən baxılacaq... Biz ədalətli, praqmatik və dostcasına addımlar gözləyirik. Sanksiyalara gəlincə, bu, əks-məhsuldar olan tondur və heç bir halda qarşılıqlı addım sayıla bilməz. Şantaj əvəzinə, münasibətləri yaxşılaşdırmaq, yenidən qurmaq üçün sağlam söhbət etməliyik”. Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski də eyni mövqe sərgiləyib. Düzdür, o bu barədə ölkəsinin Çinlə münasibətləri kontekstində danışıb: “Biz Amerikadakı dostlarımızı inandırmalıyıq ki, Çinlə əməkdaşlığımız Qərblə əməkdaşlığımıza alternativ demək deyil”. Eyni zamanda o, bu yaxınlarda Çinə Kanada, İsveçrə, Finlandiya, Ukrayna və digər ölkələrin nümayəndələrinin səfər etdiyini xatırladıb. Onun sözlərinə görə, Tiflis Qərbdən Şərqə dönməmək, Asiya və Avropa bazarlarını birləşdirmək istəyir. Bu arada ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə müavini Ceyms O'Brayn bildirib ki, Vaşinqton artıq Tiflislə münasibətlərini pis tərəfdən nəzərdən keçirir, çünki hakim “Gürcü arzusu”nun NATO-dan, Avropa İttifaqından əks istiqamətdə hərəkət etdiyinə inanır: “Gürcüstanın hakim partiyasına aydın olmalıdır ki, geriyə yol var - vətəndaş cəmiyyətinə qarşı zorakılıq olmadan azad və ədalətli seçkilər keçirmək. İstədikləri şəffaflığı yaratmaq, hətta bu xarici agentlər haqqında qanunu Rusiya qanunlarından çox Aİ qanunlarına uyğunlaşdırmaq. Çinin Qara dənizdəki Anaklia dərin dəniz limanının sahibi olmasına imkan verməyin. Bunlar Gürcüstan üçün çox vacib addımlardır”. “Xalq Gücü” partiyasının lideri Quram Maçaraşvili bildirib ki, Qərbin gürcü seçiciləri ələ almaq cəhdi uğurlu olmayacaq: “Üç aydan sonra xalq yenidən sülh və suverenliyi seçəcək, bundan sonra ABŞ və Avropa İttifaqı iki-üç il əvvəl istifadə olunan dost dilinə qayıtmağa məcbur olacaq".

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30