KÖHNƏ VERSİYA            

Qarabağdan gedənlər Ermənistan iqtisadiyyatını çökəltdi...

Image

Sirr deyil ki, Ermənistan iqtisadiyyatının son dövrlərdəki inkişafı bu ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır. Amma bu sahədə üzə çıxmaqda olan problemlər yaxın müddət ərzində Ermənistana böyük problemlər vəd edir. Bunu Ermənistanda da açıq mətnlə bəyan edirlər.

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan, əslində, vəziyyətin sürətlə ağırlaşdığını vurğulayır. Onun sözlərinə görə, Ermənistan hökumətinin təqdim etdiyi ortamüddətli xərclər proqramı əslində qənaət siyasətinin tətbiqindən xəbər verir ki, bu da yaxın gələcəkdə iqtisadi artımın ləngiməsinə gətirib çıxaracaq: “İlin birinci yarısının məlumatına görə, iqtisadi fəallıq birinci rübdəki 14,2 faizə qarşı 10,2 faiz təşkil edib. Eyni zamanda, ÜDM-in artımı 9,2 faiz təşkil edib ki, bu da iqtisadi aktivlik göstəricisindən 5 faiz aşağıdır. Bu rəqəmlər onu göstərir ki, ilin birinci yarısında ÜDM 7 faizdən aşağı ola bilər”.

Kerobyan təşvişə düşüb ki, ilin birinci yarısında vergi daxilolmaları nəzərdə tutulduğundan 120 milyard dram az olub. O, maliyyə naziri Vahe Ovannisyanın və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın bu xüsusda açıqlamalarını yetərli saymır və hesab edir ki, bu, planlaşdırma səhvinin nəticəsidir: “Məncə, bu, zəif fəaliyyətin nəticəsidir. Nazirliyimizin ötən il baş nazirə xəbərdarlıq etdiyi bütün risqlər əslində reallaşır. Mədən sənayesi çökür, informasiya texnologiyaları sektoru əziyyət çəkir, həmvətənlərimizlə bağlı proqramlar işləmir, Qarabağdan gələn ermənilər son dərəcə səmərəsizdir və iqtisadi artıma töhfə vermirlər”. Bundan əlavə, Kerobyan 2025-2027-ci illər üçün ortamüddətli xərclər proqramı ilə bağlı narahatlığını ifadə edib. O hesab edir ki, dövlət layihələrinin əksəriyyətinin həyata keçirilməyəcəyi artıq göz qabağındadır. Bu, su anbarlarının, məktəblərin və digər infrastruktur obyektlərinin tikintisinə, həmçinin su təsərrüfatı sahəsində islahatlara aiddir: “Əsas problem prioritetlərin dəyişdirilməsidir, indi hökumət proqramını həyata keçirməkdənsə, sədaqət nümayiş etdirmək daha vacibdir”. Sabiq iqtisadiyyat nazirinin sözlərinə görə, ölkəyə qoyulan investisiyalar hökumət proqramının müəyyən etdiyi hədəflərə yaxındır. O qeyd edib ki, əgər iqtisadi artım yavaşlamasaydı, səlahiyyətlilər 2026-cı ilə qədər istehlaka əsaslanan modeldən investisiya əsaslı modelə keçə bilərdilər.

Kerobyan 2024-cü ilin birinci yarısı üçün 1000 ən böyük vergi ödəyicisinin siyahısını da araşdırıb və orada ciddi dəyişikliklərin olmadığını qeyd edir. Onun fikrincə, dərc olunan məlumatlar iqtisadi artımın yavaşladığını təsdiqləyir: “Mənim fikrimcə, qənaət siyasətindən xəbər verən hökumətin ortamüddətli xərclər proqramı çərçivəsində iqtisadi artımın yavaşlaması daha da açıq formada nəzərə çarpacaq”. O, həmçinin, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Ermənistan müxtəlif iqtisadi bloklarla yaxşı ticarət əlaqələri saxlamalıdır: “Bu, Aİİ, Aİ, Yaxın Şərq, Çin və Hindistan olmalıdır. Bütün bu bloklarla azad ticarət rejiminə can atmaq lazımdır. İlk baxışda bu mümkünsüz görünə bilər, çünki biz Aİİ üzvüyük. Lakin, məsələn, BƏƏ Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının üzvü olmaqla, məhdudiyyətlərə baxmayaraq, bir çox başqa ölkələrlə azad ticarət sazişləri bağlaya bildi”. Elə erməni iqtisadçı ekspert Aqasi Tavadyan da vəziyyətin yaxşı olmadığını qeyd edir: “Bu gün Ermənistandan ixrac olunan malların təxminən 90 faizi Rusiyaya gedir”. O, ixracın yerli istehsal hesabına artmadığını bildirib: “Son zamanlar Birləşmiş Ərəb Əmirliklərinə ixracımız Rusiyadan daha çox artıb. Amma bu diversifikasiya deyil, çünki bu, əsasən qızılın Rusiyadan BƏƏ-yə təkrar ixracıdır. 2024-cü ilin ilk 4 ayında Ermənistana təxminən 4 milyard dollar dəyərində qızıl idxal edilib. Bunların təxminən 55 faizi Əmirliklərə, 45 faizi Çin və Honq Konqa reixrac edilib. Rusiya mayın 1-də qızıl bazarını liberallaşdırdığı üçün bu axın artıq dayanıb və ya azalır və başqa yollar axtarır. Bu proses iqtisadi asılılıq yaradır və hazırda real ixracımız azalır”. Tavadyan qeyd edib ki, 2024-cü ilin ilk 4 ayında qızıl ixracı Ermənistanın ümumi ixracının 76 faizini təşkil edib: “Rusiyaya avadanlıqların təkrar ixracı təxminən ümumi ixracın 8 faizini təşkil edir. Faktiki olaraq, ixracda bizim olan heç nə qalmayıb. Bütün kənd təsərrüfatı məhsullarının ixracı azalır, elektrik enerjisinin istehsalı və ixracı azalıb ki, bu da iqtisadiyyatın real mənzərəsini göstərir”. Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan da etiraf edir ki, 12 milyard dollar dövlət borcu olan və əhalisinin 50 faizi yoxsulluq şəraitində yaşayan ölkəni Avropa İttifaqına üzv olmalı olduğunu deyənlər real vəziyyəti dərk etmir. O bildirib ki, hazırda büdcə xərclərinin 13 faizi iqtisadi və sosial problemlərin həlli əvəzinə borcların ödənilməsinə yönəldilir.  Sarkisyanın fikrincə, bu templə davam etsə yaxın vaxtlarda Ermənistan dövlət əmlakını satışa çıxarmalı olacaq.

Ramil QULİYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

10.09.2024 | 16:45
"Şikayətiniz varsa, göndərin, sabah axırıncı gündür" - MSK sədri

10.09.2024 | 16:33
Azərbaycan Avropaya qaz ixracını 10 faizdən çox artırdı

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30