KÖHNƏ VERSİYA            

ABŞ Gürcüstana dövlət yardımını kəsdi - vəsait birbaşa müxalifətin özünə veriləcək...

Image

Xəyal Bəşirov: “O maliyyə resurslarının yönləndirildiyi QHT-lərdən və media nümayəndələrindən öz maraqlarının təmin edilməsi üçün istifadə edəcəklər”

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bəyan edib ki, Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq. 

“Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər” - deyə o bildirib.

Patel, həmçinin, Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.

ABŞ Gürcüstan hökumətinə yardımı dayandırıb, amma o yardımı Gürcüstanda QHT-lərə və mediaya ayırıb, yönəldib. 

ABŞ-ın bu addımı Gürcüstanda vəziyyətə necə dəyişdirici təsir göstərə bilər?

“Gürcüstanda parlament seçkiləri zamanı etiraz aksiyalarının keçirilməsi məqsədilə bu maliyyə resurslarından, bu yardımlardan istifadə olunacaq”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu ilin may ayında Gürcüstanda “Xarici agentlər haqqında” (“Xarici təsirin şəffaflığı haqqında” ) qanun qəbul olundu: “Bu qanunun qəbul olunmasından sonra, ABŞ başda olmaqla, kollektiv Qərbdən Gürcüstana qarşı səfərbərlik dayanmaq bilmir, Gürcüstana qarşı sanksiyalarla bağlı müzakirələr aparılır, bu ölkənin Avropa Birliyinə üzvlüyünə namizədliyinə dair məsələ dayandırıldı, gündəmdən çıxarıldı. Gürcüstanın bir sıra təsisatlardan, xüsusilə də Qərb təsisatlarından çıxarılması ilə bağlı fikirlər səsləndirilir. Bütün bunlar Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbul olunmasından sonra baş verən proseslərdir. Əslində, tarixə nəzər yetirsək, Gürcüstan 2004-cü ildə Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra, yəni keçən 20 il ərzində Qərbyönümlü siyasət yürütməkdə çox böyük bir yol keçib və NATO, Avropa İttifaqı, Avropa Şurası kimi təsisatlardan savayı həm də ayrı-ayrı dövlətlərlə münasibətlərdə böyük bir yol qət edib. Amma bir qanunun qəbul edilməsinə görə Gürcüstanın artığı bütün addımların, keçdiyi 20 illik yolun üzərindən bir xətt çəkildi. Söhbət həm də Gürcüstanın daxili qanunvericiliyinə uyğun olaraq hansısa bir qanunun qəbul edilməsindən gedir ki, Gürcüstan hakimiyyəti bunu özünün suveren, müstəqil dövlət olması ilə əlaqələndirir. Amma görünən odur ki, bu, kollektiv Qərbi qane etmir. Bunun onları qane etməməsi həm də onların real addımlarında özünü göstərir. Düşünürəm ki, bu istiqamətdə hələ təzyiq və təsirlər artacaq və Gürcüstan tərəfin bundan sonra atacağı addımların cavabı müxtəlif formalarda veriləcək.

X.Bəşirovun sözlərinə görə, “Xarici agentlər haqqında”  qanunun qəbul edilməsində məqsəd Gürcüstanda fəaliyyət göstərən QHT-lərin və media nümayəndələrinin gəlirlərinin böyük hissəsi xarici qrantlardan, xarici resurslardan qaynaqlanarsa, onun qeydiyyatdan keçirilməsi ilə bağlıdır.  “Amma ABŞ-ın növbəti addımı Gürcüstan dövlətinə ayrılmış yardımı dayandırıb bu vəsaitin QHT-lərə və mediaya yönəldilməsi ilə bağlıdır. Düzdür, bu, Gürcüstana bu məsələdə güzəştlər edilməyəcəyi və bu dövlətlə bu məsələdə mübarizənin davam edəcəyi, Gürcüstanın daxili işlərinə qarışacaqları anlamına gəlir. Bu gün ayrı-ayrı dövlətlər özlərinə gələndə bütün ölkələrin daxili işlərinə qarışa bilərlər. 

Məsələn, Fransa Azərbaycanı bizdən onminlərlə kilometr uzaqda yerləşən Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda ittiham edir, amma Gürcüstanda parlamentin qarşısında etiraz aksiyaları zamanı Avropa ölkələrindən olan dövlətlərin deputatları belə iştirak edirdilər. Yəni bu dərəcədə daxili işlərə qarışmaq təcrübəsi bəlkə də tarixdə görünməyib. Amma onlar bunu daxili işlərə qarışmaq hesab etmirlər. Kollektiv Qərbdən olan bəzi dövlətlərə, Fransaya, ABŞ-a gələndə onlar insan hüquq və azadlıqlarını, demokratiyanı dövlətlərin daxili məsələsi hesab etmirlər, onu beynəlxalq problem adlandırırlar. Amma özlərinə gələndə isə onların daxili məsələsi gündəmə gəlir, aktuallaşır, ayrı-ayrı dövlətləri bu məsələdə ittiham edirlər. Qısa olaraq qeyd edim ki, bu, Gürcüstanın daxili işlərinə açıq şəkildə qarışmaqdır. Bu yardım Gürcüstanda kollektiv Qərbə, onların təsisiatlarına bağlı olan vətəndaş cəmiyyətinin, media təşkilatlarının gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi, onların maliyyə resurslarının qorunub saxlanılması və gələcəkdə onlardan istifadə edilməsi ilə bağlıdır. Nəzərə almalıyıq ki, oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. Gürcüstanda parlament seçkiləri zamanı etiraz aksiyalarının keçirilməsi məqsədilə bu maliyyə resurslarından, bu yardımlardan istifadə olunacaq.  O maliyyə resurslarının yönləndirildiyi QHT-lərdən və media nümayəndələrindən öz maraqlarının təmin edilməsi üçün istifadə edəcəklər”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30