KÖHNƏ VERSİYA            

“Bu elə bir qayıdışdır ki, bunun əvəzi yoxdur” - Vaqif Həsənov

Image

“Əminəm ki, Prezident tərəfindən əsası qoyulan “Böyük Qayıdış” konsepsiyası ilə bütün laçınlılar öz doğma yurdlarına qayıdacaqlar”

Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra azad ərazilərdə tikinti-quruculuq və bərpa işləri həyata keçirilməyə başladı. Təbii ki, ərazilərin Ermənistanın basdırdığı minalarla “zəngin olması” nəticəsində problemlərimiz də var. Bu, ilk növbədə məskunlaşma prosesinə maneçilik törədir. Bununla belə, Azərbaycan dövləti 2022-ci ildən başlayaraq keçmiş məcburi köçkünlərin məsunlaşdırılması prosesinə start verilib. 

“Böyük Qayıdış” çərçivəsində ilk köç 2022-ci ilə Zəngilanın Ağalı kəndinə getdi. Onun ardınca isə Şuşada, Laçında, Kəlbəcərdə və başqa azad ərazilərimizdə məskunlaşma davam edir. Azərbaycan Prezidentinin tapşırığına əsasən intensiv olaraq təşkil edilən qaıdış prosesi doğrudan da dostu sevindirir, düşməni kədərləndirir. Onu da deyək ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. 

“Böyük Qayıdış” çərçivəsində 28-30 ildən sonra öz doğma yurdlarına qayıdan insanların sevincini izah etmək çox çətindir. Onlar illərdən sonra öz doğma yurdlarına qovuşurlar.

Laçın şəhərində də məskunlaşma davam edir, hazırda burada həyat qaynayır, insanlar yaşamlarını sürdürürlər. Bir sözlə, laçınlılar laçına qayıtmaqla öz ocaqlarını yandırır, çıraqlarını şölələndirirlər. “Böyük Qayıdış” proqramı çərçivəsində öz yurduna qayıdan laçınlılardan biri də keçmiş dövlət qulluqçusu, Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Həsənov Vaqif Əbdüləli oğludur. 

V.Həsənov “Bakı-Xəbər”ə müsahibəsində bildirdi ki, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi nəticəsində saysız ailə öz doğma yurd-yuvasına qayıdıb. “Böyük Qayıdış” konsepsiyasının uğurlarından danışan müsahibimiz qeyd etdi ki, bu proses Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir və keçmiş məcburi köçkünlərin həyatında mühüm rol oynayır. “Bizim öz-dədə baba yurdlarımıza, doğma ocağımıza qovuşmağımız “Böyük Qayıdış”ın təntənəsidir. Laçın şəhərində yaşayıram, biz fevral ayının 28-də öz evimizə qayıtmışıq. “Böyük Qayıdış”ın sürətlə gerçəkləşməsini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırıq. Mən ailəmlə birgə öz evimə qayıtdım. Bu evi mənə vaxtilə “raykomda” işləyən dövlət vermişdi. Üçmərtəbəli binada iki otaqlı evim vardı, o evi təmir ediblər və hazırda həmin evdə yaşayırıq. 

Bu elə bir qayıdışdır ki, bunun əvəzi yoxdur. Laçına qayıtmaq, burada həyatımızı davam etdirmək ömrümüzün üstünə ömür gətirir. Yəni bu o qədər xoş hisslərdir ki, sözlə demək çətindir. 

Torpaqlarımız işğalda olduğu dövrlərdə laçınlılar əllərini yerdən-göydən üzmüşdülər, geri qayıdacağımıza inanmayanlar da vardı. Eyni zamanda torpaqlarımızın işğaldan azad olunacağına inananlar da çox idi və biz inanırdıq ki, bir gün öz evimizə qayıdacağıq. Azərbaycan Prezidenti İlham Əliyev söz verdiyi kimi, bizi öz yurdumuza-yuvamıza qaytardı. Prezident elə bir daxili və xarici siyasət yürütdü ki, geri qayıdacağına inanmayan insanlar da inandılar. Bu gün Laçında yaşamağımı böyük səadət hesab edirəm. Bəzən mənə elə gəlir ki, yuxudayam. Tarixdə buna bənzər ikinci bir böyük qayıdış olmayıb. Bu qayıdışın maştabı da, əhatəsi də çox genişdir, görün neçə rayonu əhatə edir, nə qədər əhalinin geri qayıdışı reallaşır, nə qədər əhali geri qayıdacaq. “Böyük Qayıdış” çox möhtəşəm bir proqramdır. Mühüm məqsəd daşıyan “Böyük Qayıdış” konsepsiyasının gerçəkləşdirilməsi keçmiş məcburi köçkünlərin həyatında əhəmiyyətli rol oynayır. Doğulanda Laçının üzünü görməyən gənclər bura gəlirlər, buranın möcüzəli bir yer olduğunu gözləri ilə görürlər. Bura gəlirlər, gəzirlər, işləyirlər, Laçının yenidən qurulub yaradılması üçün hər kəs öz sahəsində əllərindən gələni əsirgəmir. Laçında həyat bir başqa cürdür. “Əminəm ki, Prezident tərəfindən əsası qoyulan “Böyük Qayıdış” konsepsiyası ilə bütün laçınlılar öz doğma yurdlarına qayıdacaqlar. Doğma yurdları onları gözləyir.

Burada iş yerləri açılıb, açılmaqda da davam edir, fabriklər açılır. Burada işlər elə gedir ki, çox yaxın illərdə bütün laçınlılar Laçına qayıdacaq. Məskunlaşan laçınlılar üçün hər cür şərait yaradılıb. Bundan sonra da laçınlılar öz yerlərinə qayıdacaqlar və qayıdış üçün nə lazımdırsa dövlət hamısını edir. Laçında əvvəlki kimi həyat öz axarına düşəcək”.

V.Həsənov qeyd etdi ki, məskunlaşma davam edir və insanlar öz yurdlarına böyük sevinclə qayıdırlar. 

V.Həsənov gənclik illərində Laçın rayon komsomol komitəsində, sonra keçmiş “raykom”da işləyib, Bakı Ali Partiya Məktəbini bitiribdikdən sonra “raykomda” şöbə müdiri vəzifəsini tutub, Ağbulaq kənd icra nümayəndəsi vəzifəsində çalışıb. “Artıq təqaüddəyəm, dövlət qulluğundan pensiyaya çıxmışam. İşlədiyim dövrdə bir sıra fəxri fərmanlarla, Prezident tərəfindən isə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. Belə bir yol keçmişəm, təmiz və vüqarlı. 

Qaçqınlıq dövründə Sumqayıtda yaşayırdım. İndi də öz yurdumdayam. Çıxıb piyada şəhəri gəzirəm, Həkəri çayına sarı getdim. Laçının köhnə mərkəzi poçt dairəsi var, ora gedirəm. Laçının köhnə sakinləri, mənim tanıdığım adamlar ora yığışırlar. Ora həm də Şuşa yolunun ağzında yerləşir. Son günlər köhnədən tanıdığım bir adamla qarşılaşdım, icra hakimiyyətində işləyib, planları yüksək səviyyədə yerinə yetirən kolxoz sədri olub. Deyim ki, bu görüş çox xoş oldu, söhbətləşdik, baxdıq ki, bizim tay-tuşlarımız barmaqla sayılacaq qədər qalıb. Hayıf onlar Laçını görə bilmədilər, yurd həsrəti ilə dünyadan köçüb getdilər.

Təəssüf ki, bu acı taleyi də yaşadıq, qaçqınçılıq, köçkünçülük çəkdik. Amma çox şükürlər olsun ki, bugünü gördük. Yaşlı adamlar az qalıblar. Yaxşı gənclərimiz var, Laçına qayıdıblar, burada işləyirlər. Hər şey öz axarı ilə gedir. İnsanların əhval-ruhiyyəsi çox gözəldir”.

V.Həsənov bildirdi ki, Laçında laçınlılar üçün hər cür şərait var, iş yerləri açılıb, “Araz”, “Rahat” market kimi ticarət müəssisələri insanlara xidmət göstərir. Müsahibimiz qeyd etdi ki, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Laçın bir güllə belə atılmadan geri qaytarıldı. V.Həsənov bildirdi ki, Laçının bir güllə atılmadan işağldan azad olunması böyük tarixi hadisədir. “Bizim yurd həsrətimizə son qoyulduğu tarix unudulmazdır” - deyə V.Həsənov qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30