KÖHNƏ VERSİYA            

Facebook-Avrokomissiya-Makron üçlüyü "Bakı-Xəbər"dən qisas alır...

Image

İlon Maskla Avrokomissiyanın  münaqişəsi Azərbaycan mediasına ziyan vurur

Mətləb Salahov: “Avropa İttifaqı informasiya azadlığı üçün ən böyük maneəyə çevrilir”

Bir müddət əvvəl amerikalı iş adamı, "Tesla"nın qurucusu və X sosial şəbəkəsinin sahibi İlon Mask açıqlama verərək bildirib ki, Avropa Komissiyası (Avropa Birliyi) sosial media rəhbərlərinə qanunsuz məxfi sövdələşmə təklif edib. Maskın sözlərinə görə, təklifə əsasən, əgər sosial mediada söz azadlığına sakitcə senzura qoysalar, Avrokomissiya onları cərimələməyəcək.

İ.Mask digər sosial platformaların bu qanunsuz razılaşmanı qəbul etdiyini, X sosial şəbəkəsinin isə buna qarşı çıxdığını deyib.

Artıq bu, Azərbaycana münasibətdə hiss olunmağa başlayıb. Bir müddətdir “Bakı-Xəbər” qəzetinin eyni adlı saytından (baki-xeber.com) paylaşılan yazılar sosial mediada dərhal və səbəbsiz olaraq silinir. Bu, xüsusilə də Facebook sosial platformasında daha açıq formada müşahidə edilir. Belə ki, “Bakı-Xəbər”in Facebook hesabında Fransa ilə bağlı paylaşılan materiallar dərhal silinir. Sözügedən yazılarda Fransada Makron rejiminin xarici siyasəti, eləcə də bir çox ölkələrə qarşı müstəmləkəçilik və zorakı siyasəti ciddi tənqid olunur.

Facebook bu istiqamətdə yazılan məqalələri dərhal və guya “İcma standartlarının pozulması” kimi dəyərləndirərək silir. Ancaq platformanın prosedur qaydalarına uyğun olaraq dəfələrlə edilən etirazlara isə heç bir cavab verilmir. Bu cür hallar, xüsusilə iyun, iyul aylarında daha çox müşahidə edilib.

Bütün bunlar Azərbaycan mediasına qarşı açıq-aşkar senzura tətbiq edildiyini göstərir. Bu həm də İlon Maskın ifşa etdiyi Avropa təsisatlarının sosial platformalarlara gizli senzura sövdələşməsinin nəticəsidir.

“Bakı-Xəbər”ə qarşı bu çirkin addım da özlərini demokrat və söz azadlığının müdafiəçiləri kimi qələmə verən Facebook-Avrokomissiya-Makron üçlüyünün Azərbaycan mediasına qarşı sövdələşdiyini çılpaqlığı ilə ortaya qoyur. Bu həm də Avropa təsisatlarının əslində söz azadlığına nə qədər dözümsüz yanaşdığını təsdiqləyir.

“Biz onların apardığı çirkin sövdələşmənin nümunələrindən birini baki-xeber.com saytında Fransanın siyasətini tənqid edən yazıların Facebookda paylaşılan kimi dərhal silinməsində də  görürük” 

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində “Avropa İttifaqı informasiya azadlığı üçün ən böyük maneəyə çevrilir. Avropa İttifaqı (Avrokomissiya) rəhbərlərinin heç bir məntiqə sığmayan bu addımı ilk növbədə illərdir yalançı şüara çevirdikləri "demokratiya prinsipləri"nə daban-dabana ziddir. Öz siyasi məqsədləri üçün informasiya sektorunu alətə çevirmək, milyonlarla insanın informasiya azadlığını həbs etmək, insan hüquq və azadlıqlarını barbarcasına tapdalamaq, görünür, bu təşkilat başbilənləri üçün artıq əsas hədəf halını alacaq. Onların bu son addımları qətiyyən heç bir məntiqə sığmır. Bəs illərdir iyrənc şüara çevirdiyiniz, sözünüzə baxmayan müstəqil ölkələrə qarşı əlinizdə qalxana çevirdiyiniz "insan hüquq və azadlıqları başlıca məsələdir" prinsipi harda qaldı?

Sosial şəbəkələrdən, informasiya portallarından, başda Fransa olmaqla, Avropa İttifaqı rəhbərliyinin ikili standart siyasətini tənqid edən yazıların yoxa çıxardılması artıq Avropa qitəsindəki siyasi rejimlərin bütün hədləri keçdiyini, heç bir sərhəd tanımadıqlarını ortaya qoyur. Əgər bu gün Avropa İttifaqı 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamış mürtəce Ermənistanı yenidən qisas əməliyyatlarına sövq edirsə, qanlı qisas planı və hərbi təxribat üçün 270 milyon avrosundan keçirsə, demək ki, ən iyrənc yollar artıq bunlar üçün məqbul variantdır”-deyə bildirdi. 

M.Salahov qeyd etdi ki, siyasi imici yerlə yeksan olmuş, Parisdə keçirilən Olimpiya Oyunlarında fransızların fitə basdıqları Emmanuel Makronun siyasi iyrənclikləri üçün informasiya azadlığını bu şəkildə tapdalamaq açıq-aşkar barbarlıqdır. İlon Maskın etiraf etdiyi kimi Aİ rəhbərliyi sosial şəbəkələrdə belə iyrənc oyunlara əl atırsa, bu o deməkdir ki, bu mürtəce təşkilat dünyadakı milyonlarla insanın informasiya azadlığı üçün də ən böyük maneəyə çevrilməkdədir".

M.Salahovun sözlərinə görə, baki-xeber.com saytında gedən, Fransanı, Makronun mənfur siyasətini tənqid edən yazıların Facebook tərəfindən silinməsi Avropa Birliyinin, onun əsas təsisatlarından olan Avropa Komissiyasının iç üzünü ifşa edir. “Biz onların apardığı çirkin sövdələşmənin nümunələrindən birini baki-xeber.com saytında Fransanın siyasətini tənqid edən yazıların Facebookda paylaşılan kimi dərhal silinməsində də  görürük. Makronun apardığı irticaçı siyasəti tənqid edilən yazıların dərhal sosial platformalar, xüsusilə də Facebook tərəfindən silinməsi açıq göstərir ki, Avropa Birliyi həqiqətən də sosial şəbəkə rəhbərləri ilə sövdələşməyə gedib. Belə olmasaydı, baki-xeber.com saytında gedən yazılar paylaşılarkən Facebook onları silməzdi. Bu, əlbəttə, söz azadlığına böyük əngəl törədən amildir” - deyə M.Salahov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30