ABŞ Vaşinqton Rusiyanın Ukraynada irəliləyişindən narahatdır - yardımların sürəti artacaq...
ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, Vaşinqton Rusiyanın Ukraynada irəliləyişindən narahatdır. O, sözlərinə görə ABŞ Rusiyanın istənilən irəliləyişindən narahatdır, baxmayaraq ki, Vaşinqton Ukrayna ordusunun müdafiəsini gücləndirən hərəkətlərini alqışlayır.
Ancaq bununla belə Austin yaxın gələcəkdə Rusiyanın cəbhə xəttində ciddi irəliləyiş gözləmir.
“Ukraynalılar çox intizamlı insanlardır. Onlar bunu nümayiş etdirdilər və biz bunu münaqişənin başlanğıcında gördük. Onların zamanla güclənəcəyini gözləyirəm. Keçən dövrdə gördüyünüz kimi onları dəstəkləməyə davam edəcəyik və yardımların sürəti artacaq”. – Austin bildirib.
TAHİR