"HƏMAS liderinin öldürülməsi Qəzzada atəşkəs razılaşmasına kömək etmir" - Bayden
ABŞ prezidenti Co Bayden deyir ki, HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyənin öldürülməsi Qəzzada atəşkəs razılaşmasının əldə olunmasına kömək etmir.
Baydenin sözlərinə görə, o, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ilə də danışıb.
“Mən bu məsələdən çox narahatam. Baş nazirlə birbaşa görüşüm oldu və o, bunu çox açıq şəkildə bildirdi. Bizim atəşkəs üçün əsaslarımız var. Onlar irəli getməli və bunu indi etməlidirlər”, – deyə Bayden bildirib.
TAHİR