COP29 sammiti perspektivli imkanlar təqdim edir - Baş katibdən açıqlama
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev “The Astana Times” nəşrinə müsahibəsində bir sıra məsələlər barədə fikirlərini açıqlayıb. Baş katib diqqətə çatdırıb ki, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) perspektivli imkanlar təqdim edir.
Onun sözlərinə görə, ətraf mühitin davamlılığı və dayanıqlılığı təşkilatın gündəmində duran əsas məsələlərdəndir.
Mətləb Salahov