Zelenski Ukrayna torpaqlarının Rusiyaya güzəştə gedilməsi ilə bağlı referendumun keçirilməsini istisna etmədi - Putinlə qarşı-qarşıyayıq...
Ukrayna lideri Zelenski müharibəyə son qoymaq üçün Ukrayna torpaqlarının gələcək taleyi ilə bağlı “referendumun keçirilməsi”nin mümkünlüyünü istisna etməyib.
Lakin Zelenski bildirib ki, bunun üçün ukraynalıların istəyi lazımdır. O, Ukraynanın ərazi bütövlüyü probleminin yalnız prezident tərəfindən həll edilə bilməyəcəyini və bunun konstitusiyaya zidd olduğunu bildirib: "Referendum? Ukrayna xalqı bunu istəməlidir. Açığı, bu, ən yaxşı variant deyil, çünki Putinlə qarşı-qarşıyayıq. Torpaqlarımızın bir hissəsini alarsa, bu onun üçün bir qələbə olacaq”.
Rusiyanın Ukrayna ilə bağlı keçiriləcək ikinci zirvə toplantısına qatılmalı olduğunu bildirən Zelenski deyib ki, bu gün dünyanın əksər hissəsi Rusiya ikinci sammitdə təmsil olunmasında təkid edir, əks halda real nəticə verməyəcək: “Bütün dünya onları masada görmək istədiyi üçün biz buna etiraz edə bilmərik”.
“Ukrayna üçün ədalətli sülh bizə ərazi bütövlüyümüzü bərpa etməyə imkan verməlidir, lakin bu o demək deyil ki, buna yalnız hərbi yolla nail olmaq lazımdır”, - deyə Zelenski əlavə edib.
TAHİR