ABŞ-la Rusiya arasında “Soyuq müharibə”dən sonra ən böyük məhbus mübadiləsi - vasitəçiliyi Türkiyə kəşfiyyatı üzərinə götürdü...
ABŞ-la Rusiya arasında “Soyuq müharibə”dən bu yana ən böyük məhbus mübadiləsi həyata keçirilib. Mübadilə Ankarada Türkiyə kəşfiyyatı MİT-in vasitəçiliyi ilə həyata keçirilib.
Məhkumlar Türkiyəyə yeddi təyyarə ilə gətirilib. Onlardan ikisi ABŞ-dan, digərl 5-i isə Almaniya, Polşa, Sloveniya, Norveç və Rusiyadan gəlib. MİT-in məlumatına görə, əməliyyatda Rusiya, Belarus, ABŞ, Almaniya, Polşa, Sloveniya və Norveçdən nümayəndələr iştirak edib.
Ümumilikdə 24 məhbus azad edilib. Əməliyyat çərçivəsində 2-si uşaq olmaqla 10 nəfər Rusiyaya təhvil verilib. Uşaqların Sloveniyada rus casusu kimi mühakimə olunan Artem və Anna Dultsevlərin övladları olduğu güman edilir. Rusiya həbsxanalarında saxlanılan 13 nəfər Almaniyaya, 3 nəfər isə ABŞ-a qaytarılıb. Qaytarılan 3 ABŞ vətəndaşı arasında “Wall Street Journal”ın reportyoru Yevan Qerşkoviç də var.
Ağ evin açıqlamasına əsasən mübadilə Rusiya və digər ölkələr arasında kompleks danışıqlar əsasında baş tutub.
TAHİR