KÖHNƏ VERSİYA            

Rusiya XİN yenə rəsmi bəyan etdi - Biz, Azərbaycan və Ermənistan, başqa heç kim...

Image

Abutalıb Səmədov: “Məqsəd Qərbi bu prosesdən kənarda saxlamaq, nəyin bahasına olursa olsun bölgədə qalmaq və sülh göyərçini rolunda çıxış etməkdir”

Eskalasiyanın qarşısını almaq üçün Rusiya Bakı və İrəvanı təmkinli olmağa, hərbi ritorikadan qaçmağa, regionda sabit sülhün bərqərar olmasına və inkişafına töhfə verəcək qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırır.

Bunu iyulun 31-də keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib. O, Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi yolla həlli mövqeyindən çıxış etdiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu məqsədə nail olmaq üçün yol xəritəsi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli formatın yenidən işə salınması hesab olunur.

“Rusiya ardıcıl olaraq iki ölkə arasında davamlı sülhün bərqərar olmasının tərəfdarıdır, üçtərəfli sazişlər məhz belə bir tendensiyaya malikdir: onlar ən mürəkkəb problemlərin, o cümlədən, sosial və humanitar problemlərin mərhələli şəkildə həllini və vətəndaş cəmiyyətləri arasında dialoqun başlanmasını nəzərdə tutur. Bu, təkcə qaçqınlarla bağlı deyil, həm də abidələrin dağıdılmasının qarşısının alınmasıdır” - deyə Nastasin bildirib.

Rusiya XİN hesab edir ki, bölgədə sülh üçün üçtərəfli format bərpa olunmalıdır. Söhbət Azərbaycan, Ermənistan və Rusiya formatından gedir.

Rusiya niyə israr edir ki, Azərbaycandan, Ermənistandan və Rusiyadan başqa heç kəs olmasın, yalnız bu üçlü format bərpa olunmalıdır?

“...Rusiya anlayır ki, kimin vasitəçiliyi ilə sülh sazişi imzalansa onun bölgədə başlıca gücə çevrilmək şansı daha çoxdur” 

 “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Rəsmi Moskvanın israr etdiyi üçlü formatda 2020-ci ildə 10 noyabr sazişi imzalanandan sonra növbəti iki görüş keçirildi. Bu görüşlər 2021-ci ilin əvvəllərində və sonunda baş tutdu. Bu görüşlərin birincisində kommunikasiyaların açılması, ikincisində isə delimitasiya məsələsi müzakirə olundu. Moskvanın həmin görüşlərdə sülh sazişini imzalamaq düşüncəsi yox idi. Hətta Putinin xeyir-duası ilə 2021-ci ilin dekabrında Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar başlananda da sülh sazişi müzakirə olunmadı” - deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, Moskvada və Soçidə həmin il imzalanmış üçtərəfli bəyanatların icrası məsələsi müzakirə olundu. Sülh sazişi ilə bağlı məsələni Azərbaycanın ortaya qoyduğunu deyən A.Səmədov bildirdi ki, 2022-ci ilin martında konkret baza prinsiplərini Ermənistana təqdim etdi. “Xeyli düşünəndən sonra Ermənistan bu baza prinsiplərini guya qəbul etdi və qarşılığında 6 “prinsip” təklif etdi ki, bunların da birincisi, “məktubunuzu gec aldıq” “prinsipi” idi. Yəni sayın bir az artıq olması üçün bir prinsip kimi məktibun gec çatdığı göstərilirdi. Bu təkliflərdə Minsk qrupunun vasitəçiliyindən istifadə olunması, Qarabağın statusu və digər məsələlər olub. Yalnız Azərbaycanın baza prinsiplərini ortaya qoymasından və Ukrayna müharibəsinin başlanmasından sonra Avropa İttifaqı artıq sülh sazişini imzalamaq təşəbbüsü ilə çıxış etdi. Sonra 2022-ci ilin sentyabrında bu prosesə ABŞ qoşuldu, məşhur Vaşinqton variantı ortaya çıxdı. Vaşinqton varinatınından qorxuya düşən Rusiya fəallaşmaq və sülh sazişi layihəsini ortaya qoymaq qərarına gəldi. 2022-ci ildə məşhur Rusiya variantı Azərbaycana və Ermənistana təqdim olundu. Həmin varinatın 15-ci bəndində “Dağlıq Qarabağın” statusu barədə qeyd var idi və göstərilirdi ki, bu məsələ gələcəkdə müzakirə oluna bilər. Ermənistan dərhal təklifiq qəbul etdi, Soçidə üçtərəfli görüş keçirildi, Azərbaycan Prezidenti qəti şəkildə bu məsələni müzakirə etməyəcəyini, Qarabağ məsələsinin bitdiyini dedi. Rusiya təklifindən imtina etdi. Baxmayaraq ki, Paşinyan Rusiyanın həmin təklifi masadan götürməməsi üçün dəfələrlə xahiş etdi, ancaq Rusiya götürdü. Bundan sonra Ermənistan artıq Rusiyaya olan bütün inamını itirdi və antirusiya bəyanatları verməyə başladı, 2023-cü ildən başalayaraq tədricən Rusiyadan uzaqlaşmaq xətti götürüldü. Ondan sonrakı dövrdə Ermənistan Rusiyada görüş keçirilməsi ilə bağlı təkliflərindən imtina etməyə başladı. Təşəbbüs bütünlüklə Qərbin əlinə keçdi. Onun da erməni pərəst mövqe tutması Azərbaycanın Qərbin vasitəçiliyindən imtina etməsinə gətirib çıxardı. Azərbaycan Prezidenti təklif etdi ki, görüşlər ya ikili formatda, yaxud neytral ölkələrdə keçirilsin. Azərbaycan Prezidenti Gürcüstanı təklif etdi, amma Ermənistan qəbul etmədi. Sonradan Qazaxıstanın vasitəçiliyi ortaya çıxdı və Almatıda xarici işlər nazirlərinin görüşü keçirildi. Sonuncu dəfə Vaşinqtonda NATO-nun yubileyində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər. Rusiya artıq vasitəçilik imkanlarını tamamilə itirdiyini anladığından, son vaxtlar dalbadal belə təkliflərlə çıxış edir ki, üçlü formatda danışıqlar davam etdirilsin, Rusiya Azərbaycan və Ermənistan üçün sülh sazişini müzakirə etmək üçün ən yaxşı şəraiti yaratmağa hazırdır. Bunu əvvəlcə Zaxarova təklif etmişdi, indi də onun müavini təklif edir. Məqsəd Qərbi bu prosesdən kənarda saxlamaq, nəyin bahasına olursa olsun bölgədə qalmaq və sülh göyərçini rolunda çıxış etməkdir. Çünki Rusiya anlayır ki, kimin vasitəçiliyi ilə sülh sazişi imzalansa onun bölgədə başlıca gücə çevrilmək şansı daha çoxdur. Təbiidir ki, bu, Rusiyanın son cəhdləridir”. 

A.Səmədov bildirdi ki, Ermənistan heç vaxt Rusiya ərazisində müzakirələrə getməyəcək. Siyasi ekspertin fikrincə, nə qədər Rusiya sülh göyərçini rolunda çıxış etsə də, Ermənistan onun bu rolda çıxış etməsini qəbul etməyəcək. “Bu cür bəyanatların, bu cür təkliflərin nəticə verməsi də mümkünsüzdür. Hadisələrin gedişi göstərir ki, ilin sonuna qədər sülh sazişinin imzalanması şansı da çox azdır. Çünki bir tərəfdən, Ermənistan konstitutsiyasının  preambulası dəyişdirilməlidir. Yeri gəlmişkən, Ermənistan burada referendumu bəhanə edir. Ancaq Ermənistan konstitutsiyasına görə,  preambulanın dəyişdirilməsini referenduma çıxarmağa ehtiyac yoxdur. Bu barədə parlamentin özü 3-də 2 səs çoxluğu ilə qərar verə bilər. Belə bir səs çoxluğu Paşinyanın partiyasının əlindədir, çünki parlamentdə 71 deputatı var. Ancaq Qərb Ermənistana təzyiqlər göstərsə, Ermənistanı Azərbaycanın haqlı tələblərini icra etməyə məcbur etsə, təbiidir ki, ilin sonuna kimi Qərbin vasitəçiliyi ilə sülh sazişini imzalamaq mümkündür. Bu da Rusiya üçün qəbuledilməzdir. Zvartnost hava limanından Rusiya sərhədçiləri çıxdı, növbəti addım İran və Trükiyə sərhədindən Rusiya sərhədçilərini çıxarmaqdır, Rusiya hərbi bazasını Ermənistan ərazisindən yola salmaqdır. Rusiya bunu yaxşı başa düşür və bu prosesin qarşısını almağa çalışır. Düzdür, imzalanan müqavilələr Ermənistanı ağır vəziyyətə salacaq, çünki hər iki halda Rusiyanın razılığı tələb olunur. Əks halda nə bazanı, nə sərhədçiləri Ermənistan ərazisindən çıxarmaq mümkündür. Ancaq Rusiya bütün hallarda dərk edir ki, bölgədə nüfuzunu və təsirini itirmək üzrədir. Ukrayna müharibəsi, ola bilsin, 2025-ci ildə də davam etsin. Müharibə davam etdikcə Rusiyanın bölgəyə təsir imkanları bir az da azalır. Bu, bölgədə qalmaq, bölgədə öz təsirini saxlamaq istiqamətində  

Rusiyanın son çırpıntılarıdır. Ancaq onun bu cəhdlərinin nəticə vermək ehtimalı çox aşağıdır. Baxmayaraq ki, Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər çoxdur. Şübhə yoxdur ki, bu imkanlardan Rusiya istifadə edəcək, ancaq hətta istifadə etsə də, Ermənistanı iqtisadi cəhətdən kifayət qədər ağır duruma salsa da, yenə də Paşinyan hökumətinin geriyə addım atacağı ehtimalı görünmür. Rusiyanın bölgədə təsirini durmadan itirməsi prosesi bundan sonra da davam edəcək və bütün bu bəyanatlara, cəhdlərə, sülh göyərçini rolunda çıxış etmələrə baxmayaraq, Rusiyanın bölgədə təsirini saxlaması mümkünsüz olacaq. Ancaq yenə də cəhdlər, yəqin ki, davam edəcək. Hələlik Xarici İşlər Nazirliyinin sözçüləri səviyyəsində, ancaq sonrakı dövrlərdə, çox güman ki, daha ciddi fiqurlar bu funksiyanı öz əllərinə götürəcəklər və Ermənistanı Rusiya ərazində danışıqlara cəlb etmək üçün bütün kartlarını ortaya qoyacaqlar” - deyə A.Səmədov bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031