Ödənişli təşviqatla bağlı MSK-ya müraciət edən media orqanlarının sayı açıqlandı...
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Trend-in xəbərinə görə, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Həmin media orqanlarının siyahısı bu gün günün sonunda MSK-nın saytında yerləşdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.