Deputatlığa 481 nəfərin namizədliyi qeydə alınıb
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1489 nəfər müraciət edib. Onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 1389 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 1-də keçirilən iclasında söyləyib.
O əlavə edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1333 nəfəri imza vərəqəsi alıb, 802 nəfər isə imza vərəqələrini qaytarıb, 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
ZÜMRÜD