KÖHNƏ VERSİYA            

“Hamı danabaşdı zdes, azsektor da" - Ana dilimiz

Image

Əlifba – ərəb dilindən alınmış sözdür, hərflərin müəyyən qayda ilə düzülüşü deməkdir. Ölü dil hesab edilən qədim latın dilinə uyğunlaşdıraraq, yunanlar bu sözü alfabeta olaraq yazıya alıblar.

Azərbaycan bir neçə xalqın və dillərin təsiri altında yaşasa da, tarixiliyi, seçilmiş insanları, yaratdığı əsərləri və digər cəhətləri ilə digərlərindən fərqlənib. Çoxəsrlik tarixə malik bu xalqın ədəbiyyat, sənət, memarlıq, qəhrəmanlıq nümunələri bu günə kimi dastanlarda, tədqiqatlarda, arxeologiyada araşdırılır, öyrənilir və hər dəfə bu mövzuda yeni kəşflərin şahidi oluruq. Bunların əksəriyyəti isə başqa əlifbalarda və başqa dillərdə olsa da, hər birində Azərbaycan izini, tarixinə rast gəlirik. Hər xalq kimi onun da danışdığı, yazıb-yaratdığı dil olub. Keçmiş əsrlərdə ərəb, fars dillərinin təsirində qalan müasir Azərbaycan dili öz inkişaf keyfiyyətini heç zaman itirməyib. Ötən əsrlərdə istifadə etdiyimiz əlifba sisteminə nəzər saldıqda, xalq olaraq yerli yazı nümunələrindən, heroqliflərdən, 52 hərfdən ibarət başqa bir əlifbadan istifadə etdiyimizi görə bilərik.


1990-cı il avqustun 1-də dilçi alimlərin təşəbbüsü ilə “Azərbaycan Əlifba Komissiyası“ yaradılır. Sonra isə ziyalıların, şairlərin, bir sıra ictimai şəxslərin təsiri sayəsində 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olunur. Bu, latın qrafikalı əlifbaya keçidin növbəti mərhələsi idi. 2001-ci il avqustun 9-da isə 1 avqust tarixinin “Azərbaycan respublikasında  Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” kimi qeyd olunması barədə fərman imzalanır. Həmin gündən etibarən, ölkəmizdə kiril əlifbasından latın əlifbasına keçid qanun şəklində hər yerdə, tələb olunan istiqamətlərdə tətbiq olunmağa başlayır. Beləliklə, o vaxtdan bəri dil və əlifbaya dəyər verdiyimizdən onu əlamətdar gün kimi avqustun 1-də xüsusi qeyd edirik.

Latın əlifbası Azərbaycanda əslində 1918-ci ildən tətbiq olunurdu. Sovet hakimiyyəti qurulduqdan sonra bu proses səngiyir və 1923-cü ildən başlayaraq, bu istiqamətdə sürətlənmə müşahidə olunur. Həmin latın qrafikalı Azərbaycan əlifbası 1940-cı ilə qədər mövcud olur, bu ildən sonra isə kiril qrafikalı Azərbaycan əlifbasına keçid barədə qərar qəbul olunur. Bu əlifbada da təkrar və yeni kitablar çap olunur, qəzetlər nəşr edilir, əsərlər, məqalələr yazılır, məktəblərdə, universitetlərdə təhsil bu əlifbada tədris olunur. Həyatda elə mövzular var ki, təkrarlanmağı sevmir, ya da mənfi yönlərinə görə onu təkrarlamaq, təkrara qayıtmaq olmur. Bəzi mövzular var ki, onların dönüb-dolanıb yenidən qarşımıza çıxdığını, yaxud da dil və əlifbada olduğu kimi yenidən baş qaldırdığını görürük. Bu cür dəyişən mövzu və zamanlarda  müxtəlif qrafikalı əlifbalar dönəmində çətinliklə də olsa,  Azərbaycan milli-mədəni dəyərlərini, dilini qoruyub saxlaya bilir. Azərbaycan dili yaxşı ki, fərqli qrafikalı əlifbaların dəyişməsi nəticəsində əriyən dillər cərgəsinə qoşulmadı.

Keçən il istirahət mərkəzlərindən birində dincəlməyə gedən ailənin nisbətən yaşlı üzvünün nəvəsindən rus dilində danışması tələbini müşahidə etmişdim. Yaşına görə, ibtidai sinifdə oxuyan bu uşaq hər dəfə nənə deyəndə, “nənə demə, babuşka denən” deyib narazılığını bildirən həmin yaşlı qadın yadıma düşür. Azərbaycanlı  nənənin nəvəsindən həmişə rusca danışmaq tələbini ilk dəfə idi ki görürdüm.

Vaxtilə, 1990-cı illərin əvvəllərində uşaqlığımda Bakıda orta məktəblərin birində  Azərbaycan bölməsində təhsil alan bəzi şagirdlərə acıqlanan müəllimi də xatırlayıram. O, yarı rus, yarı Azərbaycan dilində  “hamı danabaşdı zdes, azsektor da. Ey, razve menya ne sluşayet …ux vı takie….” deməyi də yadımdadı. Sonralar həmin müəllim təhsildə keyfiyyətli və  hörmətli kadr kimi qiymətləndirildi, fəxri adlara və statusa sahib oldu. Yeri gəlmişkən, həmin illərdə Bakıdakı bir başqa məktəbdə isə Azərbaycan dilini bilmədiyi üçün danışmaqda və yazmaqda min bir əziyyət çəkən keçmiş SSRİ dönəmindən 2000-ci illərə qədər ancaq Azərbaycan bölməsində elə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən adını çəkmək istəmədiyim bir erməni qadın müəllimi xatırlayıram. Heç kim ona “Nə üçün dili bilmirsən, danışa və yaza bilmirsən, bəs necə bu fənni  tədris edirsən? “ demirdi, deyən olsaydı, orda uzun illər işləyə bilməzdi.

İndi hər növ  təhsil müəssisələrində, dövlət və digər işlərdə çalışan yüz minlərlə insanımız bu dildə danışır. Dövlət dili olaraq qəbul olunan Azərbaycan dili ölkəmizin hüdudlarından kənarda da işlənir – əlifbası fərqli olsa da, milyonlarla insan bu dildə danışır, dilini unutmur. Öz dilində danışa bilməyən az sayda insan var. Hətta elə ölkələr və dövlətlər var ki, xalq olaraq bir başqasının dilində onu sevdiyindən deyil, məcburiyyətdən danışmağa başlayır.

Adlarını sadalamasam da, buna dövlət dili fransız, ingilis, rus dili olan bir sıra ölkələrdə indi də rast gəlirik. Böyük dövlətlərin dilini bilmək yaxşı əlamətdir, bu, bizi işgüzar və digər münasibətlərdə yaxşı halda vəziyyətdən çıxarır. Bəziləri isə,  öz xalqının dilindən başqa digər  dilləri də dövlət dili olaraq qəbul etdiklərindən hansı əlifbada yazılsa da, artıq öz danışıqlarını, yazılı və şifahi nitqlə birlikdə dillərini unudurlar. Görürsən ki,  dili bilməyəndə nitq axsayır, danışa bilmirsən, mənsub olduğun xalqın dilində danışmaq üçün tərcüməçi axtarırsan, zəif danışdığın üçün gülünc vəziyyətlərlə qarşılaşırsan. Hər dəfə  təkrarlanacağından ehtiyat edib ümumiyyətlə danışmırsan, dili yadırğayırsan.

Təhsilin rəsmi olaraq bir neçə xarici dildə tədris olunduğu, fərqli dillərdə  mövcud olduğu zamandayıq. Ölkəmizdə tədrisin rus, ingilis, fransız dilində mövcud olduğu bu zamanda Azərbaycan dilində danışmağı unutmadan  daha çox dilləri öyrənirik, öyrəndiyimiz bu əcnəbi dillərdə biz də öz növbəmizdə kimlərisə öyrədirik. Beləcə, Əlifbanı öyrənirik, hərfləri tanıyırıq. Bir işi görməzdən əvvəl onun əlifbasından, necə deyərlər sıfırdan  başlayırıq. Əlifbanı dil mövzusunda olduğu kimi,  başlanğıc rəmzi olaraq  qəbul edirik. Hərfləri, sözləri tanımaqla, dilin incəliklərinə baş vururuq – danışmağı öyrənirik. Cavab verə,  sözümüzü deyə bilirik,  daxilimizdə digərlərini, həm də özümüzü  anlaya bilirik.

Bu gün Azərbaycan dili və Azərbaycan Əlifbası günüdür. Beynəlxalq statusu olmasa da, bu gün bizim üçün  əlamətdar gündür. Hamılıqla,  Azərbaycanı və onun dilini  sevək, qoruyaq. Bu dil üçün tarixdə həyatını qurban verən insanlarımız olub. Ona olan diqqətdən və qayğıdan yaranan  əlifbamızın, dilimizin şərəfinə bu günü  avqustda  qeyd edirik. Əlifbamızın, dilimizin bayramındayıq. Öyrənib sonra da öyrətdiyimiz əlifbamızın, dilimizin günüdür – Azərbaycan günüdür. Bu əlifbada, bu dildə həm də Azərbaycanı günbəgün yenidən öyrənirik, bu dildə kəşf edirik, sonra isə başqa dillərə çevirə-ötürə bilirik.

Bu gün avqustun biridir… Dilimizin günüdür….Əlifbamızın günüdür. Həm də heç yerdə eşitmək istəmədiyimiz   zdes hamı danabaş kak … nu azsektor da…”  , “ nənə demə, babuşka denən” deyən bu kimi insanlar üçün ibrət günüdür.

Bu gün əlamətdar gündür – dili, əlifbanı yada salırıq.

Dili bilməyəndə nitq axsayır…danışmaq istəmirsən, yadırğayırsan..

Dilimiz əlifbanın hər yaşında bizə doğmadır.

Bu gün avqustun  biridir –  Azərbaycan dili, əlifbası günüdür. Dildən, əlifbadan danışırıq…

Bu gün bir başqa gün  – Azərbaycan günüdür.

Aliyə Əsədova







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031