Samuxda narkotikin təsiri altında avtomobil sürən sürücü saxlanılıb
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib. Həmkəndlisinə məxsus avtomobili sürücülük hüququ olmadan idarə edən R.İsayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
Mətləb