"Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq..." - Ceyms O’Brayn
Biz Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyirik.
Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı söyləyib.
O bildirib ki, tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər. “Bu, niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür. Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı olar, Rusiya və Çindən asılılıqları azalar. Bu, ölkələrin qlobal bazara çıxışlarını özləri seçməsi ilə bağlı məsələdir”, - deyə Ceyms O’Brayn əlavə edib.
ZÜMRÜD