"Vaşinqton Ermənistanın Rusiyadan uzaqlaşmasına şərait yaradır" - ABŞ rəsmisindən etiraf...
ABŞ Ermənistanın Rusiyadan uzaqlaşmasına şərait yaradır. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
Vaşinqtonun Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaratdığını deyən amerikalı diplomat bildirib ki, minlərlə rusiyalı, FSB əsgərinin ölkədən çıxarılması üçün verilən vaxt bu həftənin sonunda başa çatır.
"Bu ona görə vacibdir ki, onların bir hissəsi aeroport ərazisində idi və sanksiyalarda yayınmalar da məhz orada baş verirdi. Rusiyanın Ermənistanın suveren xahişinə necə əməl edəcəyini görəcəyik” - deyə O`Brayen bildirib.
Bu arada, Ermənistan KİV məlumat yayıb ki, Rusiya sərhədçiləri “Zvartnots” hava limanında xidmətini rəsmən başa vuraraq oradan çəkilməyə başlayıblar.
TAHİR