KÖHNƏ VERSİYA            

İran prezidenti qaldı yol ayrıcında- Yunuz Oğuz

Image

Politoloq: "İranın xilas yolu Azərbaycan və Türkiyəyə sığınmaqdadır"

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi bir sıra versiyalara yol açıb. Hadisənin səbəbi, nəticəsinin necə olacağı isə hələlik qeyri-müəyyən olaraq qalır. Müsahibimiz yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuzdur.

-Yunus bəy, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi hansı anlama gəlir?

-HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi sıradan bir hadisə deyil. Təsəvvür edin ki, HƏMAS Lideri Tehranın mərkəzində, şəxsi villasında öldürülüb. Həmin gün Livanda  Hizbullahın komandiri Fuad Şükür də öldürülüb, Bağdadda isə İrana yaxın hərbi hissə bombalanıb. Hələlik məlum olan bu üç hadisənin eyni vaxtda baş verməsi təsadüfi ola bilməz. Həm  də   bu hadisələr İran prezidenti Məsud Pezeşkianın andicmə mərasimi günü baş verib. Xatırladım ki, Məsud Pezeşkian seçki öncəsi bəyan etmişdi ki, İranla Qərb arasındakı soyuq münasibəti yumşaldacaq, qonşu dövlətlərlə əlaqələri genişləndirəcək. Əslində qətl hadisələrinin kökündə bu amillər durur, başqa sözlə, məsələ Məsudun başındadır. Məlumdur ki, islamçılar, radikallar Məsud Pezeşkianı Qərbə yaxınlaşmağa qoymayacaqlar. Əgər İrana yaxın üç qüvvə birdən öldürülübsə, yaxud özləri öldürüblərsə, bu fərq etməz, deməli prezidentdən tələb edəcəklər ki, bunun qisasını almaq lazımdır. Proseslər də onu göstərir ki, hadisələr qisasın alınmasına doğru gedir. Adı  terror qoyulan hadisənin araşdırılması üçün prezident də komissiya yaratdı. İndi yeni prezidentin başında qara buludlar gəzəcək. Bu baxımdan vəziyyət olduqca ağırdır. Güman ki, yeni prezidentin platformasında etniklər üçün nəzərdə tutulan 15-ci bəndi də ləğv edəcəklər.  

- Prezident Məsud Pezeşkianın seçki öncəsi vədlərinə baxmayaraq, proseslər tamamilə fərqli istiqamətdə cərəyan edir. Yenə də region dövlətlərdən yalnız Ermənistanla əməkdaşlıq edir.

-Əslində yeni prezident Ermənistanın baş Naziri Paşinyanı qəbul edəndə belə hadisələr olmalı idi.  İran guya bununla  Azərbaycana mesaj verir, ardınca  Seyid Əli Xamenei açıq şəkildə Paşinyana bildirir ki, "Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir". Əslində, bu ideya İranın da maraqlarına cavab vermir. Məlumdur ki, İranda kifayət qədər narkobaronlar, narkotik istehsalçıları var ki, onların təşkilatçılığını himayə edən elə Xameneinin yaxınlarıdır. Belə halda, təbii ki, İran  Zəngəzur dəhlizinin açılmasını istəməyəcək. Çünki Azərbaycan narkotikə qarşı mübarizə aparır, Ermənistanın işğalından azad olunmuş ərazilərdə kifayət qədər narkotik plantasiyalar məhv edilib. İran isə narkotiki Ermənistan vasitəsilə Avropaya keçirir. Bu narkobaronların sırasında erməni də, azərbaycanlı da, fars da var. Onların hamısı Xameneiyə təsir edirlər. Bu marşurut təkcə narkotik deyil, həm də silah, insan alveri, orqan alveri üçün istifadə edilir. Ona görə də İran Zəngəzur dəhlizinin açlmasında maraqlı deyil, çünki bu məsələdə öz maddi gözləntiləri var. İran düşünür ki, Zəngəzur dəhlizi açılmasa onun ərazisindən keçən marşurut beynəlxalq yol olacaq. Ancaq, bu İranın xeyrinə olsa da Ermənistanın vəziyyəti daha da ağırlaşacaq, həmin yoldan Ermənistana keçmək çox çətin olacaq.  Bax, məlum açıqlamadan dərhal sonra İrana yaxın üç qüvvə məhv edilib.

-İranın Azərbaycan və Türkiyə ilə yaxınlaşması mümkündürmü?

-Biz əvvəldən xəbərdarlıq etmişdik ki, bölgə dövləti olaraq İran Azərbaycan və Türkiyəyə yaxınlaşmalıdır. İranın xilası, nicat yolu bundadır. Lakin yenidən gedib Ermənistana yaxınlaşdı. Əgər İran bunu başa düşmürsə vəziyyəti çox çətin olacaq. SEPAH prezidentdən tələb edəcək ki, qisas alınsın, artıq ilkin açqlamalarda qeyd olunur ki, hadisəni törədənlərə cavab veriləcək, qisas yerdə qalmayacaq. Ancaq bu cavabın nə dərəcədə effektli olacağı sual altındadır. Vaxtilə İsrailə göndərilən dronlar  elektrik xəttinə ilişib qaldı. İranın cavab zərbəsi bundan ibarətdir. Baş verənlər deməyə əsas verir ki, bu üç hadisə İranın xarici siyasəti üçün ciddi məsələdir.

-Baş verən hadisələrlə bağlı hansı versiyalar özünü doğrulda bilər?

- Baş verən hadisə ilə bağlı bir sıra versiyalar irəli sürmək olar. Tutaq ki, deyilə bilər ki, bu hadisələri İsrail törədib. Bəs, İranın təhlükəsizlik qüvvələri niyə hadisənin qarşısını ala bilməyib? İlkin yayılan görüntülərdə əks olunur ki, İsmayıl Haniyə HƏMAS-ın qərargahından çıxıb villasına gedir və orada öldürülür. Əgər onun villası bombalansaydı, dərhal görüntülər yayımlanardı ki, bundan sui-istifadə edə bilsinlər. Sonradan yayılan görüntülərdə isə heç bir fakt məlum deyil. Bilinmir ki, hadisə harada, hansə ölkədə, hansı şəraitdə baş verib. Bunu ona görə edirlər ki, Yaxın Şərqdə vəziyyət yenidən qarışsın.
Versiyalardan biri odur ki, hadisəni İrandakı radikal qüvvələr törədib. Məqsəd ondan ibarətdir ki, yeni prezidenti sıxsınlar və istədiklərini həyata keçirə bilsinlər. İndi  Məsud ya həmin qüvvələrin sözünə qulaq asmalıdır, ya da özünü aradan götürəcəklər. Belə halda İran mütləq Azərbaycan və Türkiyəyə sığınmalıdır. Başqa bir versiya odur ki, radikal islamçılar hadisəni törədiblər ki, İranın Qərbə, Azərbaycan və Türkiyəyə yaxınlaşmasının qarşısını alsınlar. Yuxarıda qeyd etdik ki, ola bilsin hadisəni İsrail törətsin. Yaxşı bəs, İranın xüsusi təhlükəsizlik qüvvələri harada idi? Öldürülən şəxs  prezidentin xüsusi dəvətilə ölkəyə gələn qonaqdır. Əgər onu qoruya bilmirsənsə, deməli İranda özbaşınalıqdır. İsrail isə hələ ki, rəsmi olaraq hadisəni boynuna götürməyib. Sadəcə, miras naziri deyib ki, "elə terroristin getməyi yaxşıdır". İsrail Hizbullahın komandirini vurdu və boynuna götürdü ki, mən eləmişəm. Amerika dedi ki, İraqda vurulan hərbi düşərgəni biz eləmişik. Amma bunu heç kim boynuna götürmür. Rəisinin ölümünü də heç  kim boynuna götürmədi, axırda məlum oldu ki, onun aradan götürülməsini özləri qabaqcadan planlaşdırıblar. Faktlar deməyə əsas verir ki, İran idarəolunmaz vəziyyətə gətirilib. Sənin beş yüz mindən çox ordun, daxili təhlükəsizlik qüvvələrin olduğu halda prezidentin qonağına qarşı terror törədilirsə, onların hamısını buraxmaq lazımdır.        
Alim








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031