Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edildi
Prezident İlham Əliyev Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Komissiyanın üzvləri siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini əlavə edilib.