"Bu böyüklükdə arzuya çatmışıq" - Laçın sakini
“Bu gün vətənə köçürük. Bizim üçün çox sevindirici gündür. Torpaqlarımızın azadlığını, o yerlərə köçü 30 ildən artıqdır arzu edirdik. Bu böyüklükdə arzuya çatmışıq. Xoşbəxtlik budur”. Bu sözləri bu gün Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkün Tahir Bəndəliyev söyləyib.
O, bu günlərə görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildirib, şəhidlərə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıb.
Mətləb