KÖHNƏ VERSİYA            

Bölgə turizminə maraq niyə bu dərəcədə azalıb?

Image

Ramin Qafarov: “Bizdə bölgələrdə turizm mövsümi xarakterli olduğuna görə, işçilərin peşəkarlığına önəm verilmir”

Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, əlverişli təbiəti, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır. 

Azərbaycan son illər xarici turistlərin ən çox səyahət etdiyi ölkələrdən birinə çevrilib. Lakin müşahidələr onu göstərir ki, gələn turistlər daha çox Bakıda qalmağa üstünlük verirlər. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, xarici turistlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi  isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Məlum olur ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar.

Maraqlıdır, bölgə turizmi niyə paytaxta uduzur?

“Regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib, bununla yanaşı…” 

Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib. Bakıda olan  hotellər arasında müqayisə aparsaq görərik ki, turistlər əsasən Bakıda məskunlaşır və paytaxt hotellərini seçir: “Dünya səviyyəsində keçirilən tədbirlər, yüksək səviyyəli beynəlxalq təşkilat rəhbərləri, xarici ölkələrdən gələn rəsmilər paytaxta gəlir. Bu da bizdə zərurət yaradır ki, hotellərin çoxu məhz Bakıda fəaliyyət göstərsin. Ümumiyyətlə, artıq neçə ildir ki, paytaxt hotellərinə daha çox üstünlük verilir. Yaxşı olar ki, ucqar bölgələrdə hotellərin inşasına daha çox önəm verilsin. Bununla aşağı büdcəli turistlər üçün səfər imkanı yaransın. Hotellər hər kəs üçün əlçatan olmalıdır”. 

Ekspert hesab edir ki, turistlərin görməli yerlərlə tanışlığı üçün yol nişanlarının tətbiqi də vacib amillərdəndir: “Sakinlər evləri, bağları özlərinin təşkil etdiyi bir platformada təklif edə bilərlər. Düzdür, bunu edirlər, amma qənaətbəxş deyil. Evini kirayə vermək istəyən adam özü internet resursları ilə necə davranmaq haqda məlumatlı deyil. Bunu daha çox vasitəçilər edir ki, onlar da pul qazanırlar. Əsas odur ki, məlumatı müştərini aldatmadan versinlər. Gəzməli-görməli yerlər haqda hər regionun turizm mərkəzi məlumat verməlidir. İnternetdə nə qədər çox məlumat yerləşdirilərsə, insanlar üçün də o qədər asan olar. Məkan adları, turistik yerlərin adı qeyd edilməlidir. Aidiyyəti qurumlar  bu məlumatların yayılmasında maraqlı olmalıdırlar. Bununla bağlı turizm şirkətləri ilə birgə işlənilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xaricdən gələn turistlərin bölgələrdən çox Bakıya üz tutmasının bəlli səbəbləri var: “Problem ondadır ki, regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib. Bölgələrdə otellərin sayı çox deyil. Regionlarda turizm sahəsi üzrə ixtisaslaşmış mütəxəssislər çatışmır. Təkcə pulum var deyə hansısa rayonda turizm obyekti açmaqla, yaxın qohum-əqrabasını işə götürməklə məsələ həll olunmur. Turizm işinin təşkili böyük bir prosesdir və burada bir sıra komponentlər bir-birini tamamlamalıdır. İşin təşkilindən tutmuş xidmət səviyyəsinin qurulması, xidmətin keyfiyyəti və digər bir sıra məsələlər bura daxildir. Problem ondadır ki, regionlarda otel problemi ilə yanaşı, xidmət səviyyəsi də aşağıdır. Bizdə bölgələrdə turizm mövsümi xarakterli olduğuna görə, işçilərin peşəkarlığına önəm verilmir. Xarici turistləri bölgələrdə gəzdirə və tarixi abidələr barədə məlumat verə biləcək bələdçilər olmalıdır. Başqa bir tərəfdən, regionlarda qiymətlər bahadır. Xidmət aşağı, amma qiymət baha. Belə olan halda, təbii ki, xarici turist regionlara getməkdə maraqlı olmaz”.

Ekspert hesab edir ki, turistlər daha çox seçim imkanı olan yerlərə üstünlük verirlər. Otellərin, restoranların sayının çox olması burada əsas məsələlərdən biridir: “Əslində bu bölgəyə turistlər gedir, amma qalmaq üçün infrastrukturu daha yaxşı olan bölgələrə üz tuturlar. Məsələn, Naftalanda qalan turistlər həftə sonlarında Göygöl, Gəncəyə səfərlər edirlər. Zaqatala, Balakən və Şəkiyə üz tutanlar daha çox qalmaq üçün Şəkiyə gedirlər. Zaqatala və Balakəndə bu infrastruktur zəifdir, həmin rayonlarda barmaqla sayılacaq qədər otellər var. Ümumiyyətlə, nəqliyyatın rahatlığı, qalmaq üçün şərait və turistləri əyləndirəcək məkanların yaradılması burada önəm kəsb edir”.

Günel CƏLİLOVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

SON XƏBƏRLƏR

12.11.2024 | 17:27
“The Guardian” yenə sərsəmlədi – bu dəfə də erməni dilində “yazır”...

12.11.2024 | 16:41
"Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq" - Şavkat Mirziyoyev

12.11.2024 | 16:28
Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan etdi

12.11.2024 | 16:15
Qazaxıstandan Azərbaycanın Xəzərlə bağlı təşəbbüsünə dəstək - Tokayev açıqladı...

12.11.2024 | 15:55
"Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib" - Saymon Stil

12.11.2024 | 15:48
"COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər" - Emin Ağalarov

12.11.2024 | 15:45
Prezident İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

12.11.2024 | 15:30
Prezident İlham Əliyev Qana Prezidenti ilə görüşüb - FOTO

12.11.2024 | 15:10
"Yaşıl" dəhlizə Mərkəzi Asiya ölkələrinin cəlb edilməsi vacibdir" - Gürcü nazir

12.11.2024 | 15:03
Prezident İlham Əliyev Küveyt Dövlətinin Vəliəhdi ilə görüşdü - FOTO

12.11.2024 | 14:50
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - FOTO

12.11.2024 | 14:44
"COP29-un vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük" - Baydenin köməkçisi

12.11.2024 | 14:43
Prezident İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb

12.11.2024 | 14:35
Nazirdən pensiyaların gecikdirilməsi iddialarına reaksiya - "...ayın sonunu gözləmədən ödəyirik"

12.11.2024 | 14:18
Ceyhun Bayramovdan Ermənistanın COP29-a qatılmaması ilə bağlı açıqlama...

12.11.2024 | 14:15
Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb - FOTO

12.11.2024 | 14:05
XİN rəhbəri: "İlin sonunadək sülh sazişinin imzalanması Ermənistan tərəfindən asılıdır"

12.11.2024 | 13:52
COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi

12.11.2024 | 13:44
Bu ölkələr Bakını boş əllə tərk etməməlidirlər - BMT Baş katibindən MESAJ

12.11.2024 | 13:38
Dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!” - Prezidentdən AÇIQLAMA

12.11.2024 | 13:36
Əli Əsədov dövlət və hökümət başçıları ilə bir sıra görüşlər keçirib

12.11.2024 | 13:23
“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi

12.11.2024 | 13:12
COP29 çərçivəsində Nazirlər dialoqu keçirildi

12.11.2024 | 13:10
BAMF COP29-da İqlim Böhranına qarşı QHT-lərin rolu mövzusunda müzakirə təşkil edib

12.11.2024 | 13:00
Prezident COP29-un açılış mərasimində Azərbaycana qarşı ittihamlardan danışdı

12.11.2024 | 12:55
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək

12.11.2024 | 12:53
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

12.11.2024 | 12:45
"Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra biz hədəfə çevrildik" - Prezident

12.11.2024 | 12:36
Prezident İlham Əliyev: "BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik"

12.11.2024 | 12:30
İlon Maskın komitəsi Trampın seçki kampaniyasına 200 milyon dollar xərcləyib

12.11.2024 | 12:26
"Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək" - Prezident

12.11.2024 | 12:05
Prezident: "Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib"

12.11.2024 | 12:00
"Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir" - Prezident

12.11.2024 | 11:38
"COP29-un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı" - “Financial Times”

12.11.2024 | 11:06
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO

12.11.2024 | 10:30
Türkiyəli məşhur modelyer hava limanında saxlanıldı

12.11.2024 | 10:05
Rostovda dəhşətli yanğın - 6 nəfər ölüb

12.11.2024 | 10:00
"Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır" - Prezidentin köməkçisi

12.11.2024 | 09:20
Klublararası dünya çempionatının püşkü bu şəhərdə atılacaq

12.11.2024 | 09:15
“RTS” kanalı COP29-un ilk gününü geniş işıqlandırıb

12.11.2024 | 09:06
COP29-da iddialı iqlim hədəfləri üçün səy göstərəcəyik - Britaniyadan AÇIQLAMA

12.11.2024 | 09:00
Ruanda Prezidenti Bakıya gəlib

11.11.2024 | 23:40
Ərdoğan Bakıya gəldi... - FOTO

11.11.2024 | 22:30
Ağ Ev rəsmən etiraf etdi - Rusiyaya qarşı sanksiyalar səmərəsiz olub...

11.11.2024 | 22:18
Qırğız, Tacikistan və Özbəkistan prezidentləri COP29-da iştirak üçün Azərbaycana gəlib - FOTO

11.11.2024 | 22:06
Yeniyetmə taekvondoçularımız iki qızıl, iki gümüş, bir bürünc medal qazandılar

11.11.2024 | 21:08
COP29 gündəliyi təsdiq edildi

11.11.2024 | 20:56
Xəzər sahilində görüntülənən “nəhəng canlı” ilə bağlı əsl həqiqət ortaya çıxdı... - FOTO

11.11.2024 | 20:19
Ukrayna kəşfiyyatı Rusiya helikopterini qaçırması üçün pilota 600-750 min dollar təklif etdi...

11.11.2024 | 19:59
"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib" - Baydenin müşaviri

11.11.2024 | 19:33
"Sənan başqa cür həlak olsaydı mən dəli olardım..." - Şəhid Sənan Hüseynovun anası Alidə xanım

11.11.2024 | 19:25
Binəli Yıldırım da COP29-da iştirak edəcək...

11.11.2024 | 19:19
Viktor Orban Bakıya gəldi

11.11.2024 | 18:43
Leyla və Arzu Əliyevlar Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında... - FOTO

11.11.2024 | 18:17
Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb - FOTO

11.11.2024 | 18:05
BƏƏ Prezidenti Azərbaycanda səfərdədir

11.11.2024 | 17:40
Prezident İlham Əliyev Lukaşenko ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 17:38
"Ermənistanın COP29-da iştirak edib-etməməsi bu ölkənin öz qərarıdır" - Prezident

11.11.2024 | 16:42
Prezident İlham Əliyev Vuçiçlə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:18
Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:10
“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirildi

11.11.2024 | 15:57
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:43
Gürcü spiker Aİ ölkələrinin parlamentarilərinin görüş təklifini rədd etdi - seçkilərə müdaxilə ittiham...

11.11.2024 | 15:31
Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:05
Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

11.11.2024 | 15:03
Leyla Əliyeva və Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər - FOTO

11.11.2024 | 14:51
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında...

11.11.2024 | 14:33
Serbiya, Belarus və Slovakiya prezidentləri də Bakıya gəldi...

11.11.2024 | 14:16
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı

11.11.2024 | 14:00
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:43
İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu müzakirə edildi

11.11.2024 | 13:36
Bakıda COP29-un açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

11.11.2024 | 13:30
Efiopiya və Nepal prezidentləri COP29-da iştirak üçün Bakıya gəlib

11.11.2024 | 13:22
BMT Baş katibi Bakıya gəldi

11.11.2024 | 13:17
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:05
Армения остаётся раковой опухолью Кавказа - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.11.2024 | 12:53
Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

11.11.2024 | 12:45
"Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik" - Saymon Stil

11.11.2024 | 12:30
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 12:12
"COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir" - Muxtar Babayev

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930