Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edildi
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı Sərəncama əsasən Namiq Nəriman oğlu Paşayev Naxçıvan MR Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Həmin vəzifənin müvəqqəti icrası Naxçıvan MR Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə edilib.
TAHİR