KÖHNƏ VERSİYA            

Yanacağın keyfiyyətindən narazılıqlar səngimir - ümid elektromobillərədir...

Image

Ölkəmizdə Ai-92 markalı benzinin və dizelin bahalaşmasından sonra yanacağın keyfiyyəti məsələsi yenidən gündəmə gəlib. İddialar səslənir ki, son vaxtlar Ai92 markalı benzinin və dizelin həm keyfiyyəti pisləşib, həm də maşınlarda yanacaq sərfiyyatı artıb. Halbuki, məntiqlə, qiymət artdıqca, keyfiyyət də yaxşılaşmalı idi. 

Amma son günlər yanacağın keyfiyyəti ilə bağlı narazılıq edənlərin sayı xeyli artıb. Onlar iddia edir ki, əvvəl eyni həcimdə benzinlə daha böyük məsafə qət edə bilirdilər.

Bu barədə danışmazdan öncə bir daha xatırladaq ki, iyulun 1-də Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1 manat 10 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. İyulun 15-dən Aİ-95 markalı benzinin qiyməti 2 manatdan 1 manat 60 qəpiyə endirilib. Bakıda yaşayan Səid Ziyadzadə adlı şəxs “Azadlıq” radiosona bildirir ki, dizel yanacağının sərfiyyatında artım var: “Qiymət artımından əvvəl 80 qəpikdən 70 litrik çəni tam doldurdum və 650 kilometr sürdüm. Amma dizel 1 manat olan vaxt tam 70 litr doldurdum və cəmi 500 kilometr sürə bildim”. Sadiq Heydərov adlı digər şəxs isə qeyd edir ki, Aİ-92 markalı benzin işlədir və o da yanacağın keyfiyyətindən şikayətlənir: “Yanacaq sərfiyyatı fərqi əvvəlki ilə müqayisədə mənim maşınımda orta hesabla 5-6 litrdir. Maşınım 2.4 motordur və hər 100 kilometrə 13 litrdən 18-19 litrə qalxıb”. Sürücülər iddia edirlər ki, bu problem benzin keyfiyyətindən qaynaqlanır. Amma Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) şikayətlərlə bağlı “Turan”a bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 etilsiz avtomobil benzinləri texniki standartlarına cavab verir: “Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir”. Qurumdan qeyd olunub ki, yay aylarında sürücülərin avtomobillərdə kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları benzinin daha çox sərfiyyatına səbəb ola bilər. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, ictimai rəyə görə, Azərbaycanda benzinin keyfiyyəti aşağıdır: “Bu işdən ən çox əzab çəkənlər təzə avtomobil satan distributorlardır. Onlar alıcılara zəmanət müddətini verir. Qısa bir müddətdə Azərbaycanda benzin keyfiyyətsizliyindən mühərrikin ən bahalı yerləri sıradan çıxır, alıcılar da avtomobili satan şirkətə dönüb tələb edirlər ki, mühərrik dəyişilsin. İllər ərzində Azad İstehlakçılar İctimai Birliyinə belə şikayətlər olub”. O qeyd edib ki, avtomobil sahibləri də benzinin keyfiyyətinə görə ziyana düşürlər. Onun sözlərinə görə, ölkədə müstəqil laboratoriya yoxdur: “Hətta müstəqil laboratoriya, xarici laboratoriyanın nəticələri də olsa belə, Azərbaycanda onun sənədi hüquqi sənəd hesab olunmur və məhkəmələr onu hüquqi sənəd kimi qəbul etmir”. E.Hüseynov həmçinin vurğulayıb ki, şikayətlərə görə, bəzi yanacaqdoldurma məntəqələrində aparatlar düzgün işləmir, benzin daha az vurulur. Onun fikrincə, bu kimi problemlərin kökündə qanunvericilikdəki boşluqlar durur: “Ölkədə istehlakçı durumu bərbad vəziyyətdədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub, ondan bəri həyat dəyişib. Dəfələrlə mən bu qanunun dəyişməsi ilə bağlı məsələni qaldırsam da, o dəyişməyib”.

İqtisadçı Natiq Cəfərli isə xatırladır ki, uzun müddətdir Bakıda yerləşən neftayırma zavodları təmirə dayanmışdı: “Rəsmi xəbərlər də var idi ki, həmin neftayırma zavodlarının bəzilərindəki xətlərin təmiri bitib və artıq dizel yanacağı “Avro-5” standartına uyğundur, Aİ-92 markalı benzinin də keyfiyyəti artıb. Məntiqlə, əgər zavod yenilənibsə, keyfiyyəti artmalıdır”. Onun fikrincə, deməli, burada keyfiyyət məsələsi yox, yanacaqdoldurma stansiyalarında ölçü ilə bağlı problemlər ola bilər: “Məsələn, aparatın ekranında görünənlə maşına real vurulan benzinin həcmi eyni olmaya bilər. Belə bir ehtimal daha yüksəkdir”. N.Cəfərli hesab edir ki, bununla bağlı istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumları vətəndaşların şikayətləri çərçivəsində yoxlamalar aparmalıdır: “Həm yanacağın keyfiyyəti, həm yanacaqdoldurma aparatları yoxlanmalıdır və vətəndaşlara məlumat verilməlidir”. Hər bir halda aidiyyəti qurumlar bu məsələyə mütləq aydınlıq gətirməlidirlər. Yanacağın keyfiyyəti ilə bağlı yaranmış vəziyyət, ortaya çıxan narazılıqlar artıq onu deməyə əsas verir ki, bu məsələyə hüquq-mühafizə orqanlarının qarışması qaçılmaz ola bilər. Onu da qeyd edək ki, ölkəyə gətirilən avtomobillərin demək olar əksəriyyəti yüksək oktanlı yanacaqla işlədiyindən, Aİ-92 markalı benzin və ya avro-5 standartlarına uyğun olmayan dizel onları sıradan çıxarır. Sürücülərin Aİ-92 markalı benzin və dizellə bağlı narazılığı artdığından, elektromobilə keçmək istəyənlərin sayı hər keçən gün çoxalır. İdxal olunan hibrid və elektrik avtomobillərin qiymətində də artım qeydə alınır.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031