KÖHNƏ VERSİYA            

Dünya rəqəmsal valyutalara keçir - Azərbaycan gecikir...

Image

Sentyabrın əvvəlindən Rusiya Mərkəzi Bankı kriptovalyutaların istifadəsi üçün xüsusi platforma çərçivəsində beynəlxalq ödənişlər üzrə eksperimentə başlamağı planlaşdırır. Rəqəmsal valyutalarla ticarəti leqallaşdıran qanun layihəsi Dövlət Dumasının Maliyyə Bazarı Komitəsi tərəfindən bəyənilib və ikinci oxunuşda qəbul edilməsi tövsiyə olunub. 

Mövcud qaydalar hələ də mallar, işlər və xidmətlər üçün ödənişlərdə kriptovalyutadan istifadəni rəsmi şəkildə qadağan edir. Amma rus deputatlar eksperimental hüquqi rejim çərçivəsində rəqəmsal valyutaların ən azı xarici ticarət fəaliyyətlərində ödəniş vasitəsi kimi istifadəsini qanuniləşdirməyə çalışırlar. 

Yeni layihə çərçivəsində Mərkəzi Bank maliyyə bazarında rəqəmsal innovasiyalar sahəsində səlahiyyətli və tənzimləyici orqan funksiyalarını alır. Artıq Mərkəzi Bank eksperimental rejim çərçivəsində Milli Ödəniş Sistemi əsasında rəqəmsal valyutalarda hesablaşmalar üçün operator yarada biləcək. Milli Ödəniş Sisteminin özü hələ 2011-ci ildə yaradılıb. Onun funksiyalarına pul köçürmələri və digər ödəniş xidmətlərinin göstərilməsi daxildir. Mərkəzi Banka sentyabr ayında beynəlxalq ödənişlərdə kriptovalyutalardan istifadə platformasının yaradılması üzrə eksperimentə başlamağa imkan verəcək qanun layihəsi Dövlət Dumasına hələ 2023-cü ilin aprelində təqdim edilib. Eyni zamanda, Dövlət Duması Rusiya Federasiyasında kriptovalyuta proseslərinin leqallaşdırılması ilə bağlı qaydaları nəzərdən keçirir. Dumanın maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov bu xüsusda bildirir: “Biz hər iki qanun layihəsini artıq bu sessiyada üç oxunuşda qəbul etməyi təklif edirik. Qanun layihələri ölkəmizdə faktiki olaraq uzun müddətdir mövcud olan hadisələri tənzimləməyə yönəlib”. Kriptovalyuta ilə birja ticarəti üzrə eksperimentin aparılması ideyası əvvəllər Maliyyə Nazirliyi tərəfindən təklif edilmişdi. Əgər yeni qanun qəbul olunarsa, ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən çətinliklərlə üzləşməkdə davam edən Rusiya şirkətlərinin beynəlxalq ödənişlərini asanlaşdırmalıdır. Belə bir vaxtda ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp da kriptovalyutalarla bağlı mühüm açıqlamalar verib. Tramp şəxsən özünü kriptovalyutaların müdafiəçisi, Co Bayden və onun administrasiyasını isə onların rəqibləri kimi göstərib. Respublikaçı namizədin Tennessi ştatında keçirilən bitkoin konfransında çıxışı kriptovalyuta sahiblərinə verilən vədlərlə zəngin olub. Tramp konfrans iştirakçılarını əmin edib ki, onun prezidentliyi dövründə ABŞ nəinki bitkoinlərdəki aktivləri satmayacaq, əksinə, ölkədə onların strateji ehtiyatı yaradacaq. Eyni zamanda, bir çox siyasi ekspertlər diqqəti ona yönəldiblər ki, son aylarda Tramp ABŞ-ın texnologiya sektorunu getdikcə daha çox dəstəkləyir. Bura Tesla və Space X-in qurucusu Elon Mask da daxildir. Trampın vitse-prezidentliyə namizəd kimi irəli sürdüyü Jon Vens də kriptovalyutaların inkişafının tərəfdarıdır, ABŞ-ın texnologiya sektorunda eyforiya mühitinin yaradılmasına təəccüblənmək olmaz.

Analitiklərin fikrincə, Tramp kriptovalyuta bazarı üçün getdikcə cəlbedici olur, onun Ağ Evə gəlişi ilə rəqəmsal aktivlər sektoruna münasibət dəyişəcək. Hazırda kriptovalyuta bazarı sürətlə inkişaf edir və əhatə dairəsinin genişləndirir. Xüsusilə kripto pul vahidi olan bitkoinin dəyəri bahalaşdıqdan sonra bu sahəyə maraq daha da artdı. Bu sahəyə yatırıb edib kifayət qədər böyük məbləğlər qazanan insanlar olsa da, bu rəqəmsal pullar hesabına vəsait itirənlər də var. Amma dünyada ondan istifadə genişləndiyindən Azərbaycanda da bunun tətbiqi qaçılmaz hesab olunur. lkə vətəndaşları arasında böyük kriptobirjalarda iştirakçı olanlar minlərlədir. Bu baxımdan, bu sahədə dünyada qeydə alınan trendlər, yeniliklər yalnız bazar iştirakçıları deyil, kriptovalyutaya yatırım etmək istəyənlər üçün də böyük maraq doğurur. Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı hüquqi mexanizm yoxdur, qanunvericilikdə bu virtual pulun tədavülülünü rəsmi təmin edən əsaslar təsbit olunmayıb. Doğrudur, Mərkəzi Bank blokçeyn texnologiyalarının inkişafına şərait yaratmaq üçün təşəbbüsləri dəstəkləyir, ancaq bu, kritovalyutaya keçid üçün əsas vermir. Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, yəni virtual valyuta bazarı, həm də ən riskli sahələrdəndir. İlk baxışdan mexanizm olduqca sadə görünür. Aşağı qiymətə alınan koin, yəni virtual pul bir müddət sonra bahalaşdıqda investor onu satır. Amma düzgün araşdırma aparılmadan icra edilən əməliyyatlar əksər hallarda ciddi maliyyə itkilərinə səbəb olur. Mütəxəssislər bildirir ki, bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investisiya etməyi qərara alırlar. Lakin qiymətin bahalaşmasını səbəb gətirərək tələsik investisiya etmək düzgün deyil. Eyn zamanda bu sahənin artıq dövlət tərəfindən tənzimlənməsi də zəruri şərtə çevrilir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031