KÖHNƏ VERSİYA            

Qarabağda 40 minlik fars ordusuna “qalib gələn” erməni “qəhrəman Vani” - YALANA BAXIN...

Image

Qasım Hacıyev: “Bunların “qəhrəmanlaşdırdığı” Vani olsa-olsa bir satqın ola bilərdi”

Cənubi Qafqazın “xərcəng şişi”, “qara yarası” olan ermənilər bizim torpaqlara köçürüldükdən və məskunlaşdırıldıqdan sonra intensiv şəkildə tarixi saxtalaşdırma işi ilə məşğul olublar. Erməni tədqiqatçıları tarixi gerçəkliklə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan elə ağ yalanlar, mifik qəhrəmanlar yaradıblar ki, adam baxanda məəttəl qalır. 

Qarabağın tarixini saxtalaşdırmaqda davam edən erməni tarixçiləri indi də ortaya erməni “qəhrəman” məliyi, yüzbaşı Vanini atıblar ki, guya 1804-cü ildə orada belə bir “xiaskar” olub. 

Hətta erməni mətbuatı “Qarabağlı Vani 40 min farsdan ibarət bütöv bir ordunu və ya 500 rusu necə xilas etdi” başlıqlı yazı da yayımlayıb, başdan-başa saxtakarlıqdan və uydurmalardan ibarət olan mətndə ağlasızmaz iddialar yer alıb. 

1804-1813-cü illərdə baş verən rus-Qacar müharibəsində tərəflərin milli tərkibini təhrif edən erməni mediası türk Qacarları “fars” kimi qələmə verməklə müharibənin  guya farslar və ruslar arasında getdiyini yazırlar.  Tərəflərdən biri ruslar idi, amma o biri tərəf türk Qacarlar idi. İddia edirlər ki, müharibəsinin “ən parlaq səhifələrindən” biri 1905-ci ilin iyulunda “Tiqranakertdə” (ermənilər iddia edirlər ki, Ağdam ərazisində guya “Tiqranakert” adlı şəhər olub. Təbii ki, bu iddia da digərləri kimi tamamilə cəfəngiyatdır-İ.S) baş verdi. Rus-Qacar müharibəsində rusların qalib gəlməsində “Qarabağ ermənilərinin” böyük “rol” oynadığını yazırlar. Guya o zaman Karyagin Füzuli ərazisində şəhər salıb, sonra o şəhərə onun adı verilib və sair.

Yazırlar ki, Karyaginin dəstəsi əsas qüvvələrlə birləşmək üçün 24 gün irəliləyib və iyulun 3-də “Qandzakdan” yola düşən canlı qüvvəsi  təhlükələrlə dolu cığırdan keçə bilməyib və böyük hissəsi tələf olub. “Batalyonun fəal iştirakı ilə bu yolu qət edən əsas şəxs Vani adlı erməni məlik (knyaz) idi”-deyə yazırlar. Guya bu batalyonu hətta üç yüz spartalının Fars padşahının minlərlə nəfərlik ordusunun yolunu kəsdiyi Rus Termopilaları adlandırmaq olar...

“Karyaginin komandanlığı altında 500-ə yaxın əsgərdən ibarət 17-ci Jaeger (İrəvan) alayı Qandzakdan 16 yaşlı vəliəhd Abbas Mirzənin 40 minlik fars ordusuna qarşı yola düşdü. Məsələ burasındadır ki, 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil olub. Amma o, Napoleon Fransası ilə müharibədə olarkən farslar bu əraziyə nəzarəti bərpa etmək üçün vəziyyətdən istifadə etmək qərarına gəliblər.

Şuşa bölgəsində Karyagin batalyonu təxminən 4 min nəfərdən ibarət fars avanqardları ilə qarşılaşıb. Ruslar bütün gün farsların hücumunu dəf etdilər, sonra Vaqenburq (vaqonlardan tarla istehkamı) tikdilər və daha dörd gün dayandılar. Bu beş gün ərzində 200-ə yaxın mühafizəçi öldürülüb və yaralanıb. Fars qoşunları gəlməyə davam edirdi.

Nəticədə, Karyagin mühasirəni yarmaq və Şahbulaq qalasını işğal etmək qərarına gəldi”-deyə iddia irəli sürüblər. 

Guya rusları bütün bəlalardan məlik Vani xislas edib:“Ruslar belə qərara gəldilər ki, düşmənə təslim olub özlərini rüsvay etməkdənsə, döyüşdə ölmək daha yaxşıdır. İdeya gecəni gözləmək və onun pərdəsi altında davam etmək idi. Amma rus ordusu üçün əsl qəyyum mələkinə çevrilən erməni - qarabağlı Vani bunun həyata keçirilməsinə imkan vermədi.

Tarixçi Vasili Pottonun “Rus hakimiyyətinin qurulması dövründə Qarabağın ilk könüllüləri (məlik Vani və Akop-yüzbaşı Atabəyovlar)” kitabından:

Vani Karyaginə dedi: “İrəli getmək mümkün deyil, biz heç bir fayda vermədən məhv olacağıq”.   Guya qosqoca Çar orsusu erməni Vaninin ümidinə qalıbmış və generallar onun sözü ilə oturub-dururmuş. Guya Vani  "həm insanları, həm də silahları xilas edəcəm"-deyib, Karyagin isə gənc erməniyə “güvənib”. Yazırlar ki, Vani qabağda gedib yol göstərib, onun arxasında isə dəstə səssizcə irəliləyib, sübhə yaxın  rus ordusu “Şahbulaq” qalasını ələ keçirib. Guya bütün bunlar Vaninin planı olub və sair. O qədər cəfəngiyatlar yazırlar ki, bu qədər yalanın harda isehsal olunduğuna adam məəttəl qalır. 

Bəzi detalları onların  yazdığı kimi ona görə verdik ki, qoy, dünya ermənilərin nə qədər düzənbaz olduğunu bilsin. Ermənilər hara, məlikliklər hara? Vani erməni idisə necə məlik ola bilərdi? 

Ermənilərin kütləvi şəkildə bizim ərazilərə köçürülmə tarixi bəllidir. Kürəkçay müqaviləsi bağlandığı dövrdə Qarabağda erməni vardı ki, bunlar belə yalanlar yazırlar? 

“Ermənilər rus-Qacar müharibəsini gündəmə gətirməklə və Çar ordusunun ermənilərin hesabına qalib gəlməsi cəfəngiyatını ortaya atmaqla Rusiyanın diqqətini cəlb etmək istəyirlər ki...” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilərin bu barədə yazdıqları tamamilə cəfəngiyatdır. “Tarixdə çox hadisələr baş verib, onları analiz və şərh etməyə ehtiyac var. Vaxtilə Sovetlər dövründə tamamilə başqa istiqamətdə şərh olunan məsələlər var ki, onlara aydınlıq gətirmək lazımdır. O illərdə tarixi faktlar çox təhrif olunub, günümüzdə onları obyektiv baxımdan tədqiq edəndə başqa məna verir. Sözsüz ki, Sovet dövründə Azərbaycana qarşı düşmənçilik mövqeyində duran bütün adamların hərəkəti, fəaliyyəti müsbət qiymətləndirilirdi. Çar Rusiyasının və bolşeviklərin bizim torpaqları işğal etməsinə “xilaskarlıq yürüşü” adı verilirdi, guya xalqlara “azadlıq” gətirmişdi.  Bu cür təqdimatlar vardı. Təbii, ermənipərəst alimlər də bu kimi məsələləri onların maraqlarına uyğun izah edirdilər. Yerli xalq olan azərbaycanlıların xeyrinə bir məqam yazılırdısa, onu da “Sovet tərbiyəsi” sisteminə uyğun “düzəldirdilər”. Ona görə də, şübhəsiz, ermənilərin maraqlarına uyğun yazılan o kitabları oxuyanda orada çox neqativ hallara, qeyri-ciddi yanaşmalara rast gəlirik. Ermənilərin yazdığından belə çıxır ki, guya Karyagin Füzuli ərazisində Karyagin kəndini salıb. Çox gülünc iddiadır. Bu, Füzuli-Cəbrayıl bölgəsi idi, sonra ora Karyaginin adını vermişdilər. Amma ondan neçə yüz illər əvvəl orada yaşayış vardı. Bu bədbəxtlər ya bilmirlər, ya da özlərini bilməzliyə vururlar. Qaratəpə abidəsi var, ən qədim dövrlərdə şəhər mədəniyyəti olan bir abidədir. Karyagin hara, Qaratəpə abidəsi hara? Halbuki, ora şəhər yeridir, onu arxeoloqlarımız tədiq edib və tarixini də yazıblar, adı qədim şəhərlər siyahısındadır.  

Ermənilər nə yazırlar-yazsınlar, mütləq ora öz iyrənc fikirlərini salırlar, onlar üçün bu daha maraqlıdır. Ruslarla farsların döyüşü barədə iddia irəli sürürlər. Tarixi bilənlər yaxşı bilir ki, Qacarlar fars dövləti deyildi, Qacarlar türk mənşəli Qacarlar dövləti idi. İndi farslar qalıb bir qıraqda, ermənilər fars oyunu oynayır. Bu riyakarlıqdır. Həmişə demişəm, yenə deyirəm, Qafqazda nə varsa ermənilər onu öz adlarına çıxırlar, mümkün olmayanları isə farsın adına yazırlar, futbolda pas verən kimi onlara pas verirlər, topu onlara atırlar ki, bu şeylərə onlar sahib çıxsın. Bu gülünücdür. Şahbulağı “Tiqranakert” adlandırırlar. Nə qədər demək, yazmaq olar ki, Şahbulaq hara Tiqran hara? Eradan  əvvəl V-IV əsrlərdə yaşamış erməni olmayan parfiyalı bir adamdan özlərinə “sərkərdə” düzəldirlər, harda da bir abidə tapırlar dərhal adını “Tiqranakert” qoyurlar. Nə qədər “Tiqranakert” olar? Şahbulaq son əsrlərdə tikilmiş qaladır.

Məsələ burasındadır ki, həm Pottonun kitabında tarixi gerçəklik saxtalaşdırılıb, həm də ermənilərin yazdıqları başdan-başa saxtakarlıqdır. 

Ermənilərin bizim ərazilərə kütləvi köçündən əvvəl xidmətçi kimi bura kənardan gələn və xristian olduqlarına görə məliklərin ərazisində yerləşən, yerli alban məliklərinə qoşulub erməniliyini göstərənlərin burada dəsti-xətti görsənir. Erməni bura köçürülən andan Qarabağın bədənində bir qara yara olub, o hər yerdə ağrı və fəsad verir. Bunların “qəhrəmanlaşdırdığı” Vani olsa-olsa bir satqın ola bilərdi və Sisyanovun qabağına düşüb ona yaltaqlıq edirmiş. Əslində, bu Vani məsələsini yeni ortaya atıblar. Vani kim idi ki, onun “planı” ilə  Qacar qoşunlarına da qalib gəlinsin? Bu heç bir əsası olmayan iddiadır.  Mən bu adda  “sərkərdə” eşitməmişəm. Bilirsiz, Qacar-rus müharibəsinin tarixini, Gülüstan və Türkmənçay müqaviləsinin mətnini rus tarixçiləri də, ermənilər də bir sıra hallarda təhrif edirlər. Ora erməniləri yamaq etmək üçün hər cür saxtakarlığa gedirlər. 1805-ci ildə Qarabağda ermənilər kütləvi yaşamırdılar. Orada alban mənşəli məliklər vardı, onların erməniləırlə heç bir tarixi bağı yoxdur. 

O boyda İrəvan qalasını neçə dəfələrlə hücum edib rus ordusu ala bilməmişdi, amma o qalanın təslim olmasında ermənilərin fəaliyyəti sübut olunmuş bir faktdır. Qarabağda heç bir erməni qəhrəmanı olmayıb. Onlar kim idilər ki, ordu, batalyon düzəltsinlər, o ermənilər Sisyanovun dəstəsində bir əlaltı, xidmətçi idilər. Ermənilər satqınlıq edib və azərbaycanlıları arxadan vurublar”-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev qeyd etdi ki, Vani adlı bir erməninin ortaya atılması növbəti erməni fırıldağıdır. Q.Hacıyevin sözlərinə görə, ermənilər farslarla necə qardaş, əmioğlu idilər ki, onları satırdılar? “Rus-Qacar müharibəsində tərəflərdən birini saxtalaşdıran ermənilər Qacarları fars kimi qələmə verirlər. Burada bir sual yaranır. Siz farslarla necə qardaş, əmioğlu idiniz ki, onları ruslara satırdınız? Əslində, onlar Qacarlar idilər. Demək ermənilər üçün qardaş-filan yoxdur. Görürsüz, özləri öz dilləri ilə yazırlar ki, xəfiyyəliklə məşğul olublar, hiyləgərliklə Qacar ordusuna arxadan zərbə vurublar. 

Pottonun da yazdıqlarını təhlil edərkən görürsən ki, ermənilərin əsas işi satqınlıq, nökərçilik, namərdlik olub. O vaxt nökərçilik məqsədilə Qacarlar dövlətindən Qarabağa gələn bir-iki erməni əslində xəfiyyəlik məqsədilə gəlmişdi, vəzifələri qacarları satmaq olub. 

Burada maraqlı bir məqam var. Ermənilər rus-Qacar müharibəsini gündəmə gətirməklə və Çar ordusunun ermənilərin hesabına qalib gəlməsi cəfəngiyatını ortaya atmaqla Rusiyanın diqqətini cəlb etmək istəyirlər ki, biz olmasaq siz regionda heç nə edə bilməzsiniz. Əslində, bu cür cəfəngiyatlarla Rusiyanın nəbzini yoxlayırlar. Guya ermənilər olmasa Rusiya Cənubi Qafqazı birdəfəlik itirə bilər. Ermənilər öz aləmlərində Rusiyaya mesaj ötürürlər ki, biz olmasaydıq siz Qacar ordusuna qalib gələ bilməzdiniz. Bilirsiz, ermənilər hər cür cəfəngiyata əl atırlar.    

Bu baxımdan, Vaninin “qəhrəmanlığı” da uydurmadır, Pottonun ermənilərin xeyrinə  yazdıqları da həmçinin. Bunlar bir oyun oynayırlar...

Bir məqamı da deyim ki, hazırda Rusiya və Ermənistan arasında ciddi gərginlik var. Ermənistan öz siyasətinə yenidən baxmaq əvəzinə olmayan şeylərdən tarix düzəldib Rusiyanı şantaj edir. Rusiya tarixçiləri də obyektivlik edib gerçəyi izah etməlidirlər. Tarixin bu dərəcədə saxtalaşdırılmasına imkan vermək olmaz, qondarma, şişirdilmiş tarix heç bir xalqa başucalığı gətirmir. Vaxtilə ermənipərəst Rusiya tarixçilərinin yazdıqlarından yapışıb saxtalaşdırmanı davam etdirmək ziyanlı tendensiyadır”-deyə Q.Hacıyev vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031