Səbail ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlandı
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 min 700 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Eyyubov müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, digər əməliyyat tədbiri nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş V.Qəhrəmanov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
ZÜMRÜD