Alparslan Bayraktar Türkmənistana gedib - türkmən qazının Avropaya nəqli məsələləri müzakirə olunacaq
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bu gün Türkmənistana səfərə gedib. Türkiyəli nazirin Aşqabadda keçirəcəyi danışıqların gündəliyində türkmən qazının Türkiyəyə və oradan da Avropaya nəqli məsələləri var.
Bu ilin martında Antalyada keçirilmiş Diplomatiya Forumu çərçivəsində iki türk dövləti arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair razılıq əldə olunub. Həmin məsələ bu gün Aşqabadda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar və onun türkmənistanlı həmkarı, “Turkmenqaz” dövlət konserninin sədri Maksat Babayev, həmçinin “Turkmengeologiya” şirkətinin rəhbəri Qurbangəldi Qarliyev arasında ətraflı müzakirə ediləcək.
Mətləb Salahov