Üç qat olimpiya çempionu Parisdə koronavirusa yoluxub
Olimpiya Oyunlarında iştirak edən britaniyalı üzgüçü Adam Piti koronavirusa yoluxub. Bu barədə Britaniya Milli Olimpiya Komitəsi məlumat yayıb. Komitənin məlumatında deyilir ki, 2 gün əvvəl 3 qat olimpiya çempionu brass üsulu ilə 100 metr məsafədə gümüş medal qazandıqdan sonra boğazında ağrılar hiss edib.
29 yaşlı idmançıdan götürülmüş COVİD-19 testinin nəticəsi müsbət olub.
Mətləb Salahov