Rusiya-Ukrayna müharibəsi Afrikaya da sıçradı - Ukrayna kəşfiyyatı Malidə "Vaqner" döyüşçülərinin ovuna başlayıb...
Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) Malidə Rusiyanın "Vaqner" bölmələrinə hücumda iştirak edib. Belə bir iddia ilə GUR-un nümayəndəsi Andrey Yusov çıxış edib. Ancaq A.Yusov əməliyyatla bağlı təfərrüatları açıqlamayacağını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Malinin şimalında müstəqillik elan edən və mərkəzi hökumətə qarşı döyüşən Tuareglər "Vaqner" konvoyuna hücum edib və nəticədə 20-50 hərbçi öldürülüb. Ölənlər arasında məşhur “Grey Zone” Telegram kanalının müəllifinin də olduğu bildirilir.
Hücum zamanı “Vaqner” döyüşçülərini qorumağa çalışan Mi-24 helikopteri də vurulub.
TAHİR