KÖHNƏ VERSİYA            

Azərbaycan dili İranın rəsmi dillərindən biri olacaq...

Image

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamnei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib. Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib. Daha sonra Seyid Əli Xamnei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib. Bunun ardınca Pezeşkian iyulun 30-da İran parlamentində and içəcək.

Hesab olunur ki, Pezeşkianın dövründə İranda yaşayan soydaşlarımızın həyatında yeni mərhələ başlanacaq. Bunlar fonunda Cənubi Azərbaycandan olan sosioloq və siyasi fəal Vahid Qarabağlı Məsud Pezeşkianın Təbrizin millət vəkili olduğu dövrlər, prezidentliyə namizədlik dönəmi və prezident seçildikdən sonra gündəmə gətirdiyi sözlərini və diskurslarını dəyərləndirib: “Mənə görə, Pezeşkianın İrandakı etnik ayrıseçkilik məsələsi ilə bağlı söyləmi önəmlidir. Ona görə ki, İranda illərdir bu problemin varlığı inkar edilmişdi. Yəni yüksək vəzifələrdə olanlar, Xamneyi və ya digər rəsmilər hər zaman elə davranıblar, sanki bütöv bir İran milləti var, heç bir ayrıseçkilik yoxdur və etnik icmalar eyni səviyyədədir”. Bir çox İran ekspertinin fikrincə, İranın ali dini lideri İslam Respublikasının qarşı-qarşıya olduğu xarici və daxili problemləri nəzərə alaraq Pezeşkianın prezident olmasına yol verib. Qarabağlının sözlərinə görə, Pezeşkianın prezidentliyə namizədliyinin önü bu gözlənti ilə açılıb ki, o, İranın yaxın gələcəkdə mümkün daxili və xarici böhranlardan daha yumşaq keçməsinə vasitə olsun. Qarabağlı dini və etnik ayrıseçkilikləri sıx şəkildə gündəmə gətirdiyi üçün Pezeşkianın bundan öncəki prezidentlər və digər rəsmilərdən fərqləndiyini vurğulayır: “Pezeşkian prezident namizədi olaraq dedi ki, İranda sünnilərə ayrıseçkilik olub, etnik qruplara ayrıseçkilik olub. Onlar dövlət vəzifələrində bərabər şəkildə təmsil olunmurlar. Məsələn, Bəluçistan və Azərbaycan bölgələrində iqtisadi və kültürəl olaraq ayrıseçkilik var. Bunların diskursiv olaraq bir prezident namizədinin və indi də bir prezidentin ağzından çıxması çox önəmlidir”. O, İranda qeyri-fars icmaların bərabər hüquqlar uğrunda mücadiləsinə diqqət çəkərək deyir ki, bu söyləm zatən var idi: “Ayrıseçkiliyə məruz qalmış türklər, bəluçlar, türkmənlər, kürdlər və ərəblər illərdir bunun üçün mübarizə edirlər ki, bu söyləm İranın gerçəkliyi olaraq yayılsın. Pezeşkian bu söyləmin güclənməsinə səbəb olur. Bu, bir mübarizədir. Pezeşkian dönəmində mən düşünmürəm ki, o, bu məsələləri həll edəcək. Çünki bunlar köklü məsələlərdir. Bunlar keçən yüzilin məhsuludur. Keçən yüzilin ideologiyası və siyasətidir ki, indi institutlaşdırılıb. Amma eyni halda keçən yüzildə buna qarşı da bir mübarizə gedib”. Məsud Pezeşkianın prezident seçildikdən sonra da nitqlərində və sosial media paylaşımlarında türkcə ifadələrə yer verməsi ekspertlər və fəallar tərəfindən fərqli şəkillərdə şərh olunur: “Pezeşkianın özünə görə fərqli bir xarakteri var. O, keçən 10 ildə millət vəkili olaraq da bu məsələləri dilə gətirib. O, türkcəni gözəl danışır. Normalda Azərbaycan bölgəsindən olan türk vəkillər və ya rəsmilər türkcəni daha çox farslaşdırılmış bir şəkildə danışırlar. Sadəcə felləri türkcə deyirlər. Pezeşkian hər zaman bu mövzuda bir az fərqlənib. İndi də, məncə, onun türkcə danışması populizm deyil. Əslində bu onun xarakterində var bir az. Yəni o bir prezident olaraq da türklüyünü gizləmir və hətta açıq bəyan edir. Bu önəmlidir. Çünki İranda keçən yüzildə vahid bir İran kimliyi yaratmağa çalışıblar və orada fərqli kimlikləri yox sayıblar. Ancaq Pezeşkianın türkcə danıçması türkcənin İranda önəmli bir dil olduğunu göstərir. Əgər biz ədalətli bir sistem təsəvvür etsək ki, orada fərqli etnik qruplar təmsil olunur, türk dili də İranda rəsmi olmalı və siyasətçilər bu dildə danışmalı idi. Biz gələcək üçün elə bir hədəf təsəvvür etməliyik”.

Bunlar fonunda Təbriz əhalisinin İran parlamentindəki nümayəndəsi Əlirza Novin Pezeşkianın, Təbriz başda olmaqla, Cənubi Azərbaycana mühüm diqqət ayırmalı olduğunu qeyd edir. O, həmin vilayətin son on ildə infrastruktur baxımından geri qaldığını bildirib. Əlirza Novin Şərqi Azərbaycan vilayətinin millət vəkilləri heyətinin sədri seçilib. Bu vilayəyin millət vəkilləri iclasından sonra o, mətbuata vilayətin inkişafının vəziyyəti haqqında məlumat verib. Novinə görə, bu vilayət son on ildə bəzi göstəricilərdə geriləyərək 15-16-cı sıralara düşüb. Novin Məsud Pezeşkianın prezident seçilməsi ilə vilayətdə yaxşı addımların atılacağına ümid etdiyini bildirib. O, həmçinin qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin millət vəkilləri vilayətin inkişafı ilə əlaqədar məsələləri müzakirə etmək üçün gələcəkdə prezidentlə, həmçinin hökumət kabineti üzvləri ilə görüş keçirməyi planlaşdırırlar. Məsud Pezeşkianın ölkə prezidenti seçilməsindən sonra Şərqi Azərbaycan vilayətinin inkişafı üçün şərait yaradılacağı ehtimalı ilə bağlı düşüncəni təkcə Əlirza Novin irəli sürməyib. Bir müddət əvvəl Kəleybər millət vəkili Behnam Rizvani də xalqın Pezeşkianın kabinetində bu bölgənin məşhur simalarından nazir və müavin seçiləcəyini gözlədiyini bildirmişdi. Parlamentdəki Kəleybər xalqının millət vəkili Rizvani daha əvvəl də Məsud Pezeşkianın hökumətindən Fars körfəzindən və Qızqalası bəndindən suyun Urmiyə gölünə ötürülməsi, Süngün mis mədəninin müstəqil olması və konsentrasiya zavodlarının inkişafı üçün lazımi tədbirlərin görülməsini tələb etmişdi. Pezeşkian Təbrizdə keçirdiyi seçki mitinqində Süngün mis mədəninin müstəqil olması və Urmiyə gölünün canlandırılması ilə bağlı vədlər vermişdi. Süngün mis mədəninin müstəqil olması ilə kapitalın vilayətdən çıxarılmasının qarşısının alınacağı və vilayətin inkişafına böyük töhfə verə biləcəyi düşünülür. Güney Azərbaycanın hökumətin kabinetində tribuna sahibi olmaları ilə bağlı gözləntiləri olsa da, digər tərəfdən ölkədə buna qarşı çıxanlar hesab edir ki, Pezeşkian kabinet üzvlərini təyin edərkən etnosentrizm adlandırdıqları yanaşmalardan yayınmalıdır.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

SON XƏBƏRLƏR

14.01.2025 | 16:26
Putinlə Tramp arasında görüşün İstanbulda keçirilməsi təklif edildi...

14.01.2025 | 16:06
İsrail ordusu Dəməşqə doğru irəliləyir – Təl Əvivin Suriya ilə bağlı planları ortaya çıxdı...

14.01.2025 | 15:33
Polis Nərimanovda əməliyyat keçirdi, 11 kq narkotik və 9 odlu silah aşkarlandı - FOTO

14.01.2025 | 15:15
"Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh olmayacaq" - NATO baş katibi

14.01.2025 | 14:49
Ermənistan üçün YALANÇI VƏD

14.01.2025 | 14:48
Burkina-Faso prezidenti Makronu yıxıb sürüdü - bizim sayəmizdə bu günə qədər mövcud ola bilibsiz

14.01.2025 | 14:36
"Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə asan deyil" - Lavrov

14.01.2025 | 14:19
Belarus Azərbaycandakı səfirini dəyişdi...

14.01.2025 | 14:08
İsmayıllıda narkotik satan və qanunsuz odlu silah saxlayan şəxs saxlandı - FOTO

14.01.2025 | 13:48
Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət etdi

14.01.2025 | 13:34
Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verdi

14.01.2025 | 13:25
QAİ Petrosyanın bəyanatı ilə bağlı Quterreş və Ali komissar Folker Türkə müraciət etdi...

14.01.2025 | 13:14
9 və 11-ci sinifi başa vura bilməyən şəxslər üçün imtahan keçiriləcək

14.01.2025 | 13:03
Маргарита Симоньян плачет? Странно... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.01.2025 | 12:48
QAİ Azərbaycana böhtan atan Almaniya radiosunu sərt tənqid etdi...

14.01.2025 | 12:35
Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanıb - FOTO

14.01.2025 | 12:21
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib - FOTO/YENİLƏNDİ

14.01.2025 | 12:15
Əli Əsədovdan Bələdiyyələrlə bağlı YENİ QƏRAR

14.01.2025 | 12:05
Ermənistanda daha bir İSTEFA - İstintaq Komitəsinin idarə rəisi istefa verib

14.01.2025 | 12:00
YAP müşavirə keçirib

14.01.2025 | 11:20
"Yaprak Dökümü" serialının məşhur aktrisası vəfat etdi

14.01.2025 | 11:15
Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub - DİN məlumat yaydı

14.01.2025 | 11:10
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

14.01.2025 | 11:05
"Bilirəm ki, Putin mənimlə görüşmək istəyir" - Trampdan AÇIQLAMA

14.01.2025 | 11:03
Ermənistan Avropa İttifaqının üzvü olacaqmı? - CANLI

14.01.2025 | 11:00
Bir ildə DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14.01.2025 | 10:30
Sumqayıtın bu qəsəbəsində silah-sursat aşkarlandı - FHN

14.01.2025 | 10:20
"Fransadakı bütün həbsxanalar artıq doludur!" - fransız nazirin çıxışı etirazları alovlandırdı

14.01.2025 | 10:10
Xırdalanda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

14.01.2025 | 10:05
Bu axşam Mirzoyan və Blinken "strateji tərəfdaşlıq sənədi" imzalayacaqlar

14.01.2025 | 10:00
Türkiyə NATO-nun çox dəyərli üzvüdür - Mark Rutte fransız siyasətçini SUSDURDU

14.01.2025 | 09:30
Zaqatalada 30 yaşlı qadın dəm qazından ölüb

14.01.2025 | 09:26
DTX əməliyyat keçirdi: Terakt törətmək istəyənlər həbs olundu! - SON DƏQİQƏ

14.01.2025 | 09:25
Azərbaycanda "daşıyıcı analıq" qanunidir? - Qadınların üzərindən "follekul donorluğu" qızışır...

14.01.2025 | 09:23
"Əqrəb mövsümü 2" gələn ay efirlərə qayıdır

14.01.2025 | 09:17
"İsrail və HƏMAS atəşkəs sazişi imzalayacaq" - Baydendən AÇIQLAMA

14.01.2025 | 09:05
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - “Qarabağ”dan ayrılan Juninyo

14.01.2025 | 09:00
AZAL təcili məlumat yaydı - Bakıdakı duman səbəbindən bir neçə reys Gəncəyə yönləndirilib

14.01.2025 | 08:38
Gigiyenik məhsullar sürətlə bahalaşır - "bit-birə insanları basacaq"...

14.01.2025 | 00:13
Ukrayna Avropaya qaz nəqlini dayandırmaq üçün bu dəfə “Türk axını”nı hədəf aldı – Avrokomissiya Kiyevdən izahat istədi...

13.01.2025 | 23:48
Rusiya XİN-dən Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı açıqlama - siyasi sifarişdir...

13.01.2025 | 22:33
13 ədədi həyəcan rəmzidir

13.01.2025 | 21:24
Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməyə necə məcbur edildi...

13.01.2025 | 21:09
Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

13.01.2025 | 20:55
Avroittifaqda heç kim Ermənistanı gözləmir, ölkə Rusiyanın liderlik etdiyi təşkilatlardan da qovulur

13.01.2025 | 20:41
Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

13.01.2025 | 20:28
Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı anqlo-sakson layihəsidir?

13.01.2025 | 20:14
Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

13.01.2025 | 19:59
Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...

13.01.2025 | 19:46
Çayçılığın inkişafı üzrə 10 illik Dövlət proqramı iflasa gedir - Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

13.01.2025 | 19:32
Müəllimlərin maaşını vahid dövlət əmək haqqı cədvəlinə daxil etmək olmaz?

13.01.2025 | 19:18
Fransa Əlcəzair xalqına qarşı müharibəni hələ davam etdirir...

13.01.2025 | 19:05
İctimai və dövlət maraqlarının vəhdət şəklində qorunması Azərbaycanda uğurla həyata keçirilir

13.01.2025 | 18:52
Syerra-Leone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

13.01.2025 | 18:50
SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

13.01.2025 | 18:37
Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

13.01.2025 | 18:23
Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

13.01.2025 | 18:20
Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

13.01.2025 | 18:09
Ermənilərin qədim dedikləri dövlət tarixindən bir sərkərdənin qəbri yoxdur - niyə?

13.01.2025 | 18:06
Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib

13.01.2025 | 17:55
Şabranda hadisə - şagirdi məktəbdən qovmaq çıxış yoludur?...

13.01.2025 | 17:42
Tramp Putinlə görüşə hazırlaşır - Ukrayna üzrə nümayəndə isə belə sözlər danışır...

13.01.2025 | 17:30
Ucarda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi

13.01.2025 | 17:29
Kilsənin bir addımlığında Azərbaycan əleyhinə hərbi istehkam - ermənilər köhnə taktikanı davam etdirir...

13.01.2025 | 17:26
Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

13.01.2025 | 17:15
Ukrayna 2022-ci ildə Gürcüstandan nə istəyib? - "Sonradan münasibətlər gərginləşdi..."

13.01.2025 | 17:03
Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı

13.01.2025 | 16:50
Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...

13.01.2025 | 16:35
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı

13.01.2025 | 16:30
Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

13.01.2025 | 16:06
Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər tarix məlum oldu

13.01.2025 | 15:53
Pentaqon ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif etdi

13.01.2025 | 15:22
Erməni nazir: "Hökumət Avrasiya İqtisadi İttifaqından çıxmağı nəzərdən keçirmir"

13.01.2025 | 15:09
Sabirabad sakini 6 kiloqram narkotik və odlu silahla tutuldu

13.01.2025 | 14:47
Bilgəh sahilində suiti və quşların ölümü ilə bağlı araşdırma başladı

13.01.2025 | 14:17
Bakıda oğurluq edən şəxslər saxlandı

13.01.2025 | 14:11
Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

13.01.2025 | 14:00
İxrac pullarını ölkəyə qaytarmayanların işi məhkəməyə göndərildi

13.01.2025 | 13:46
İran Fransaya nota verdi

13.01.2025 | 13:30
Ötən il itkin düşmüş kişini arvadı yox, oğlu öldürüb - Baş Prokurorluq açıqladı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031