Paris-2024 - Bu dəfə jurnalistlər Fransanın “qurbanı” oldu
Paris-2024 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisələrin ardı-arası kəsilmir. Trend İdman.biz-ə istinadən xəbər verir ki, Təşkilat Komitəsinin növbəti “qurbanları” jurnalistlər olub.
Fransalılar Rusiyanın TASS informasiya agentliyinin 4 əməkdaşının ləğvinə qərar verib. Onlardan üçü çap mediasının nümayəndəsi, biri fotomüxbirdir.
Təşkilat Komitəsi bu addımı Fransa rəhbərliyinin qərarı ilə izah edib. Media nümayəndələri ölkənin daxili təhlükəsizlik kodeksini pozduqları üçün akkreditasiyadan məhrum olunub. Onlar açılış mərasimindəki xoşagəlməz hadisələri işıqlandırdıqları üçün Olimpiadadan kənarlaşdırılıb.
Qeyd edək ki, təşkilatçılar yarışdan əvvəl də bəzi media nümayəndələrinə akkreditasiya verməməklə Olimpiadaya buraxmayıb.