Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah sərhəddə görüşəcəklər...
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da görüşəcəklər. Bu barədə mediada türkiyəli teleaparıcı Sena Alkana istinadən məlumat yayılıb.
Qeyd edilir ki, danışıqların 5-ci raundu Türkiyə-Ermənistan sərhədində keçiriləcək. Görüş günün birinci yarısında Ermənistan tərəfdə, ikinci yarısında isə Türkiyə tərəfdə olacaq.
TAHİR