“Google” axtarış sistemində Trampın axtarışına qadağa qoydu...
“Tesla”nın icraçı direktoru İlon Mask bildirib ki, “Google” axtarış sistemində prezident Donald Trampın axtarışına qadağa qoyub. Bu barədə Mask sosial şəbəkədə yazır.
İlon Maskın “X” platformasında dərc etdiyi şəkildə görünür ki, axtarış sisteminə “Prezident Donald” yazdıqdan sonra Trampı göstərmir, onun yerinə “Prezident Donald Reyqan” və ya “Donald Duck” yazılır.
“Vay, “Google” axtarış sistemində prezident Donald Trampın axtarışına qadağa qoydu, seçkiyə müdaxilədirmi?” – Mask yazır.
TAHİR