Bakıda evdən 15 min manatlıq qızıl oğurlandı
Bakının Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polisə müraciət edən ev sahibəsi oradan 15000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
NAMİQ